İctimai nəqliyyata nəzarət sistemləri



İctimai nəqliyyata nəzarət sistemləri- kimyəvi agentlərin vaxtında aşkar olunması və onlara qarşı tədbir görülməsini təmin etmək üçün, tunelləri, platformaları, gözləmə zallarını və s. yerləri arasıkəsilmədən yoxlayır. Sistem sürətli analiz üçün CCTV kameralarını sensor aktivləşdirmə zonalarına istiqamətləndirir. Sərnişin izdihamını yoxlamaq üçün  təhlükəsizliyə nəzarət məntəqələri yaradılır, habelə, polis və fövqəladə hallar əməkdaşları partlayıcı maddə və kimyəvi agentləri aşkar edən, əldə daşınan cihazlarla  təchiz olunurlar. Bu məqsədlə istifadə olunan sistemlərə aşaıdakılar daxildir:

PROTECT- CBRNE maddələr üçün operativ  Aşkaretmə, Nəzarət və Krizis İdarəetmə Çözümüdür.

GID-3 – Fasiləsiz işləyən  CW detektorudur, sinir sistemi və dəriyə zərər verən təhlükəli kimyəvi maddələri aşkar edir və təhlükənin nə dərəcədə ciddi olduğunu göstərir. Ümumi,  qoruyucu nəzarəti təmin edir.

FirstView – Əsas təhlükəsizlik sistemlərini (CCTV, video analitiklər, CBRNE, giriş kontrolu, rentgen,kamera və sensorlar daxil olmaqla) idarə etmək üçün, şəbəkədə tətbiqetməyə əsaslanan  proqram  təminatıdır. Komanda və Kontrol, hətta, mobil istifadə üçün belə, asan və təhlükəsizdir.

IONSCAN 500DT – Baqajdakı partlayıcı və narkotik maddələri eyni anda aşkar edən masaüstü sistemdir. 

IONSCAN 400B - Baqajdakı partlayıcı və narkotik maddələri aşkar edən masaüstü sistemdir. 

Document Scanner – Səyahət sənədlərində olan olan partlayıcı və narkotik maddələri aşkar edən masaüstü sistemdir

MMTD –Kimyəvi agentlər və zəhərli kimyəvi maddələri aşkaretmə imkanına malik, partlayıcı və narkotik maddələri eyni anda təyin edən, möhkəm əl detektorudur.

SABRE 4000 – Yeganə portativ detektordur ki, buxar və təhlükəli maddənin hissəciklərini analiz edir, kimyəvi agent, partlayıcı, narkotik və  zəhərli kimyəvi maddə təhlükəsini aşkar edə bilir. 

RespondeR BLS - Raman Spectroscopy  texnologiyasından istifadə edərək,  şüşə və plastik butulkalarda olan təhlükəli mayeni, zərərsiz  mayedən dəqiqliklə fərqləndirə bilər.

RespondeR RCI - Raman Kimyəvi Təyinedici: bərk və ya maye halda olan naməlum maddənin tanınmasını təsdiqləyir.

HI-SCAN 6040i – Rentgen təftiş sistemidir, yüksək təhlükəsizlik tələb edən yerlərdə  kiçik əşyaları analiz etmək üçün çox münasibdir.