Liman və sərhədlər

Gömrük və sərhəd mühafizəsinin gücləndirilməsi tələbləri daim artır. Aksiz vergisinin alınması kimi ənənəvi maliyyə funksiyaları hələ də qüvvədədir. Buna əlavə olaraq, yerli və milli təhlükəsizlik üçün təhlükələrin müəyyən olunması hazırda diqqət mərkəzindədir. Bu təhlükələrin vaxtında aşkar olunması mümkün əks-hücumlardan qorunmaq üçün, ilkin müdafiəni təmin edir.

Hazıırda, sərhəddən keçən yükə nəzarət və qanunsuz malların beynəlxalq səviyyədə daşınması halları ilə mübarizə deyil, silah, partlayıcı maddələr və kütləvi qırğın silahlarının aşkar olunması prioritetdir. Smiths Detection kompaniyası mükəmməl təftiş sistemləri təchiz etməklə, gömrük xidmətinin və sərhəd qorumasının bütün proseslərinə dəstək verir.

Bu tip təhlükəli maddə və əşyalar nəqliyyat vasitəsinin və ya yükün içində gizlədildiyi üçün, onların aşkar olunması gündən-günə çətinləşir.Əsas məsələ gündəlik mal dövriyyəsini dayandırmadan,sürətli təftiş prosesini həyata keçirməkdir.

Smiths Heimannın təklif etdiyi HCV rentgen sistemləri, 15 ildən artıqdır ki, yükün təftiş olunmasında sənaye standartları tətbiq edir. Bu standartlara istənilən yerdə tətbiq etmək üçün, 15 dəqiqədən də az müddətdə istifadəyə hazır olan mobil cihazlardan tutmuş, böyük həcmli stasionar qurğulara qədər müxtəlif formalarda rast gəlinir. Dünyanın 50-dən artıq ölkəsinin  gömrük xidməti və sərhəd qoruması əməkdaşları 250-dən çox stasionar, 200-dən artıq mobil təftiş sistemləri ilə təchiz olunmuşlar.