© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
Konteyner və nəqliyyat vasitələrinin təftişi
HCV seriyalı məhsullar limanlarda, aeroportlarda və sərhəd keçidlərində təhlükəsizlik təftişlərini optimallaşdırmaq üçün dizayn olunmuş, yüksək enerjili rentgen təftiş sistemləridir. Bu sistemlər partlayıcı və narkotik maddə , kütləvi qırğın silahları kimi təhlükələri və qanunsuz malları aşkar etmək , həmçinin, deklarasiyanın doğruluğunu təsdiq etmək üçün nəqliyyat vasitələrini (yük maşınlarını, konteynerləri) və yükü təftiş edir. Mexaniki yoxlama prosesinə ehtiyac qalmır.
Yüksək enerjili rentgen təftiş texnologiyası
Yeni HCVM (Mobil) – Yük maşını və qoşqudan ibarət iki platformalı sistemin yerini dəyişdirmək və 15 dəqiqəyə istifadə üçün hazırlamaq olur(mövcud şəraitə uyğun olaraq). HCVM minimal yer tutan və minimal əlavə infrastruktur tələb edən əməliyyatların asanlaşdırılması üçündür. Sistem üzvi/qeyri-üzvi materialları fərqləndirə bilən viZual texnologiya ilə təchiz olunmuşdur.
HCVM L (Truck Platform)-Dolu yük maşınlarını və konteynerləri yoxlamaq üçün güclü, yüksək enerjili rentgen təftiş sistemidir. Cəmi 15 dəqiqəyə əməliyyat üçün hazır vəziyyətə gətirilir.
HCVM T (Trailer Platform)-Üzvi/qeyri-üzvi materialları fərqləndirmək üçün, təkmilləşdirilmiş görüntü və viZual texnologiya kimi təhlükəsizlik funksiyalarını təmin edən, mütərəqqi bir çözümdür. Qoşqu versiyası səyyar sistemin bütün üstünlüklərini özündə birləşdirir.
HCVG (Gantry) – Modulyar dizayn müştərinin tələbatına rahat uyğunlaşmaq imkanı yaradır.
HCVP (Pass Through) – Yüksək sürətli keçidi təmin etmək üçün istifadə olunur, buna uyğun dizayn olumuşdur. Yığcam, avtonom sistem minimum əlavə infrastruktur tələb edir (mövcud şəraitə uyğun olaraq)
HCVS (Stationary) –Yüksək səmərəli kompleks çözümdür. İkili görüntü həm üst, həm də yan tərəflərin rentgen şəkillərini təmin edir. Bu, şübhəli maddənin dəqiq yerini təyin etməyə kömək edir.
HCVT (Train) –Yük maşınlarını geniş miqyasda, səmərəli təftiş edir. Mövcud infrastruktura rahat inteqrasiya olunur.