Banderol və baqaj

Parcels & baggage

Bu bölməyə  yük çantalarını fiziki zərərə məruz qoymadan yoxlayan rentgen təftiş sistemləri aiddir və bu sistemlər, nəzarət-buraxılış məntəqələri kimi yerlərdə istifadə olunmaq üçün idealdır. Bu kateqoriyaya daxil olan bütün sistemlər sınanmış HiTraX texnologiyasına əsaslanır, əla təsvir keyfiyyəti və rahat istifadəni təmin edir.  Bu məhsulların arasında 6m-lik konteynerdə yerləşdirilmiş MSC 20 sistemi seçilir. MSC 20 sistemi, HI-SCAN 6040i rentgen təftiş sistemi də daxil olmaqla, fərdi təhlükəsizlik sistemləri ilə uyğunlaşa bilir. Mobillik xüsusiyyətinə görə, yüksək təhlükəsizlik tələb edən yerlərdə istifadəsi çox əlverişlidir.

 

Aşağıda verilən sistemlər bu sahədə istifadə olunur:


HI-SCAN 6040i - Yüksək səviyyədə təhlükəsizlik  tələb olunan yerlərdə,  əl baqajı və kiçik əşyalar üçün əlverişli olan rentgen təftiş sistemi(ətraflı)

HI-SCAN 6040aX - Əl baqajındakı mayeni və partlayıcı maddələri rentgen təftiş sistemi ilə avtomatik aşkar edən sistem(ətraflı)

HI-SCAN 6040aTiX - Əl baqajındakı partlayıcı maddələri  avtomatik aşkar edən rentgen təftiş sistemi (ətraflı)

HI-SCAN 6046si - Təkmilləşdirilmiş rentgen təftiş texnologiyası istifadə edərək, aviasiyada və digər yerlərdə yüksək səviyyədə təhlükəsizliyi təmin edən sistem(ətraflı) 

HI-SCAN 7555i - 755 mm x 555 mm ölçüdə tuneli olan,  ən son prosessor texnologiyası istifadə edən rentgen təftiş sistemi(ətraflı)

HI-SCAN 7555si - 6040si  sisteminin daha hündür tunelli versiyası (ətraflı) 

HI-SCAN 7555aTiX - Bağlama, əl baqajı və ya qeydiyyatdan keçən baqajdakı partlayıcı maddələri avtomatik aşkar edən, maksimum yükgötürmə gücü 250 kq olan konveyerə malik rentgen təftiş sistemidir.(ətraflı)  

MSC 20 - Rentgen təftiş sistemi, metal və partlayıcı maddə detektorları ilə təchiz olunmuş, maşınla daşına bilən nəzarət-buraxılış sistemidir. İctimai tədbir və mərasimlər keçirilən zaman, hətta, pis hava şəraitində belə, müvəqqəti girş-çıxış yerlərində tətbiq olunmaq üçün çox münasibdir.(ətraflı)   

iLane - Nəzarət-buraxılış məntəqələrində yüksək səviyyədə təhlükəsizliyi  və sərnişinlərin sürətli keçidini təmin edən, avtomatlaşdırılmış rentgen təftiş sistemi (ətraflı)

Suitcase x-ray