Bioloji agentlər

Hərbi qüvvələrin bioloji döyüş agentlərinin hücumundan qorunması uzun müddət Smiths Detection kompaniyasının hədəfində olmuşdur.Smiths Detection bir sıra təkmilləşdirilmiş bioloji təftiş avadanlıqları hazırlamışdır və hazırda, əsas proqramlarda sistemlərin inteqrasiya olunmasını həyata keçirir.

Bioagentlər  ictimaiyyət üçün də təhlükə yaratdığına görə, təftiş texnologiyası cəbhə xəttində tətbiq oluna bilən cihazlar yaratmaq üçün uyğunlaşdırılmış və sadələşdirilmişdir. Bu, bioagentlərin yerindəcə, minimum gecikmə ilə, laboratoriya standartlarına uyğun olaraq tanınmasını təmin edir.

Aşağıdakı sistemlər təhlükəni dərhal aşkarlayan və dəqiq müəyyən edən vasitələr kimi tanınır:

Bioloji İdentifikatorlar

Bio-Seeq Plus –Bakterial və virus patogenlərini 60 dəqiqəyə aşkar etmək üçün portativ PCR identifikatordur.(ətraflı)

Prime Alert-  Qarayara, taun mikroblarının, eləcə də ricin və botulinum kimi bio-toksinlərin mövcudluğunu müəyyən edən portativ təftiş sistemidir. Hərtərəfli, çox dəqiq  təhlil imkanı yaradıır.(ətraflı)

Bio Check- Bioloji döyüş agentinin mövcudluğu ehtimalında şübhəli toz nümunələrini dərhal təftiş edən, sürətli və sadə test cihazıdır.(ətraflı)

Bio-ACT –Yüksək təhlükəli bioloji döyüş agentlərinin eyniliyini və ya mövcudluğunun istisna olduğunu ani olaraq təsdiq etmək üçün, müxtəlif tamamlayıcı texnologiyadan faydalanan, təkmilləşdirilmiş sistemdir.(ətraflı)

Bioloji klassifikatorlar

Smart Bio Sensor -Havada olan bioloji agentlərin (bakteriya, toksin, virus) növünü ayırd etmək üçün, onların operativ aşkar olunmasını təmin edir.(ətraflı)

İnteqrasiya olunmuş sistemlər

Smiths Detection fərdi sensorlar yaradır, tam inteqrasiya olunmuş sistem qurur. Eyni zamanda, özünü iri hərbi proqramlar üzrə əsas təchizatçı kimi fəaliyyət göstərməyə qadir olduğunu da nümayiş etdirmişdir. 

Bio-Detection System -Xüsusi agentləri operativ aşkar etmək və tanımaq üçün əlavə detektorlardır.(ətraflı)