Smiths Heimann Rentgen Texnologiyası

Rentgen texnologiyası 100 ildən artıqdır ki, adi gözlə görünməyən detalları görmək üçün istifadə olunur. Bu texnologiyanın radiasiya, demodulyasiya və obyektin araşdırılması üçün əməliyyat mexanizmi operatorun təhlükəsizliyini təmin etməklə, aşkar olunmuş obyekti dərhal, mükəmməl bir tərzdə analiz edərək, nəticəni təqdim edir.

HI-SCAN rentgen təftiş cihazları müasir şəkil işlənmə mexanizmi ilə skan prosesinin geniş imkanlarını özündə birləşdirir. Smiths Heimann tərəfindən hazırlanmış və istehsal olunmuş xüsusu generator skan üçün lazım olan rentgen şüaları yaradır. Ultra həssas yarımkeçiricilər tərəfindən toplanan məlumat rəqəmsal formada saxlanılır.

Əldə olunan şəkil yüksək kontrasta malik olur,diqqətlə araşdırıldıqdan sonra rəngli monitorda göstərilir. Çoxsaylı funksiyalar operatora skan olunan obyekti daha ətraflı analiz etmək imkanı verir. Smiths Heimann tərəfindən hazırlanmış rentgen texnologiyasının əsas özəlliyi onun çox aşağı radiasiya dozasına malik olmasıdır.

Obyektin təyin olunması artıq sizin barmaqlarınızın ucundadir
Yüksək texnologiya standartlarına uyğun olaraq, bütün HI-SCAN cihazları operatorun işini asanlaşdıra çoxsaylı təyinedici və imkanları artıran xüsusiyyətlərə malikdir. HI-MAT funksiyası 3 qrup materialları müxtəlif rənglərdə göstərir, amma, rentgen görüntüsü daxilində hər bir nöqtə üçün avtomatik olaraq mükəmməl kontrast seçən funksiyaları da var. Rentgen təftiş sistemləri haqqında daha ətraflı məlumatı saytımızın digər bölmələrində əldə edə bilərsiniz. (ətraflı)