© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
Kimyəvi təftiş və tanıma (qaz və buxar halında)
Smiths Detection, daha böyük IMS avadanlığı ilə əlaqəli işləyən cavab funksiyalarının həssaslığını və sürətini saxlayaraq, pilotsuz təyyarələri miniatür detektorla təmin edir.
Təyyarə meydançalarının ətrafı boyunca, anqarlarda, kollektiv qorunan obyektlərdə təhlükənin mövcudluğunu və onun dərəcəsini göstərən indikatora malik, fasiləsiz təftiş aparan sistemlər quraşdırılır. Yerli həyəcan siqnalları verməklə yanaşı, bütün detektorlardan alınan informasiya mərkəzi aerodromun NBC nəzarət mərkəzində koordinasiya oluna bilər.
Adları verilən sistemlər yuxarıda göstərilən məqsədlər üçün nəzərdə tutulmuşdur:
CAM – Kimyəvi agentlərə nəzarət sistemidir.
GasID - 5,500-dən artıq təhlükəli, qaz və buxar halında olan maddəni sürətlə təyin edən sistemdir.
GID-3 - Çox çevik, istifadəsi rahat bir sistemdir. Dünya üzrə ən geniş, hərtərəfli sınaqdan keçmiş, cəbhə xəttində tətbiq oluna bilən, stasionar və mobil şəkildə istifadə üçün nəzərdə tutulmuş kimyəvi döyüş agenti detektorudur.
HGVI - Multi-sensorlu qaz və buxar (kimyəvi döyüş agentləri və zəhərli kimyəvi maddələr) təyinedicisidir.
LCD 3.3 – Kimyəvi döyüş agentlərini aşkar edən kompakt detektor və zəhərli kimyəvi maddələrin təyinedicisidir.
LCD 3.2E –Kiçik, yüngül, fasiləsiz işləyən, operativ detektordur. Kimyəvi döyüş agentləri və zəhərli kimyəvi maddələri aşkar edir.
LCD-NEXUS – Portativ, çox həssas və selektiv detektordur, kimyəvi döyüş agentləri və zəhərli kimyəvi maddələri aşkar edir. Sərt mühitdə tətbiq etmək üçün əlverişlidir.