Baqaj və yük

Baggage & freight

Bu bölməyə ölçüləri 900x760 mm və 1300x1000 mm olan obyektləri  fiziki zərərə məruz qoymadan yoxlayan rentgen təftiş sistemləri daxildir. Əsas iş prinsipi, təftiş olunacaq obyektin maksimum ölçüsünü əhatə etməkdir. Bundan başqa, Smiths Detection müxtəlif məkanlarda çevik şəkildə istifadə olunmaq üçün, qoşqu və furqonlarda yerləşdirilmiş ScanMobile və ScanTrailer kimi səyyar təftiş sistemləri də təqdim edir.

Bu kateqoriyaya daxil olan bütün sistemlər, əla təsvir keyfiyyəti və rahat istifadəni təmin edir və sınanmış HiTraX texnologiyasına əsaslanır. 

 

HI-SCAN 9075 - Ölçüləri standartları aşan baqaj və yükün yoxlanması üçün müasir rentgen təftiş sistemi (ətraflı)

HI-SCAN 100100T - Ölçüləri standartları aşan baqaj və yükün yoxlanması üçün, alçaq konveyerə malik rentgen təftiş sistemi (ətraflı)

HI-SCAN 100100T-2is – Kip qablaşdırılmış obyektlərin keyfiyyətli təftiş olunması üçün, HI-SCAN 100100T sisteminin ikili görüntü verən versiyası (ətraflı)

HI-SCAN 100100V - Müxtəlif ölçülü əşyalar üçün universal rentgen təftiş sistemi (ətraflı)

HI-SCAN 130100T - İri ölçülü yükü yoxlamaq üçün alçaq konveyerə malik rentgen təftiş sistemi (ətraflı)

HI-SCAN 130100T-2is- İri ölçülü yükü yoxlamaq üçün alçaq konveyerə malik rentgen təftiş sistemidir, HI-SCAN 130100T sisteminin ikili görüntü verən versiyasıdır. (ətraflı)

ScanTrailer 9075-OT - Təhlükəsizlik tədbirlərində nöqsanları aradan qaldırmaq və ya stasionar sistemlərin daha səmərəli işləməsini təmin etmək üçün, səyyar rentgen təftiş sistemi (ətraflı)

ScanTrailer 8585 SA – Müvəqqəti yerlərdə istifadə olunmaq üçün qoşquda quraşdırılan, HI-SCAN 8585  sistemindən faydalanan rentgen təftiş sistemi (ətraflı) 

ScanTrailer 130100 –  HI-SCAN 130100 rentgen təftiş sistemindən faydalanır, ScanTrailer 8585 sisteminin geniş versiyasıdır. (ətraflı) 

ScanVan 8585 - Xüsusi interyer və HI-SCAN 8585 sisteminə malik furqondan istifadə edən, səyyar rentgen təftiş sistemi (ətraflı)
 

Suitcase x-ray