HI-SCAN 130130T-2is

HI-SCAN 130130T-2is

enlarge

Əsas xüsusiyyətləri:

  • Konveyer sistemlərinə birləşdirilmək üçün, xüsusi dizayn olunmuşdur
  • İri həcmdə olan yüklərin təftişi üçün ideal vasitə
  • İkili görüntü yaratma funksiyası, təftiş müddətini qısaldır
  • Alçaq konveyerin köməyi ilə, ağır yükləri asan idarə edir

Əlavə xüsusiyyətləri:

  • Şəklin operativ işlənməsi üçün, HiTraX texnologiyasından istifadə
  • HI-MAT Plus texnologiyası ilə,  materialın daha keyfiyyətli fərqləndirilməsi
  • Daxili şəbəkə interfeysi
  • YENİ! Səciyyəvi nüfuzetmə qabiliyyəti: 1-ci mərhələdə 31mm, 2-ci mərhələdə 35mm polad təbəqə 
  • Konveyerin maksimum yükgötürmə qabiliyyəti: 250 kq  

Əlavə seçənəklər:

  • Kənar soyuducu vasitələrlin köməyi ilə geniş tempratur diapazonu üçün,  xarici ventilyasiya girişi 

HI-SCAN 130130T-2is eni 130sm, hündürlüyü 130sm-ə qədər  olan obyektləri yoxlamaq  üçün, müasir rentgen təftiş sistemidir. Əlverişli dizaynı sayəsində, obyektin şəklini çəkən sistem iri ölçülü yüklərin, əşyaların yoxlanması üçün çox əlverişlidir.

Sistemin əsas üstünlüyü,  onun bir-birinə qarşı 90° bucaq altında yerləşdirilmiş iki generator ilə təchiz olunmasıdır ki, bu da, iki istiqamətdə şüalanmanı təmin edir (Dual View). Bu özünəməxsus görüntüləmə rejimi, kip qablaşdırılmış obyektlərin,  zamana qənaət edərək və səmərəliliyi artıraraq, bir cəhdlə etibarlı təftiş olunmasını təmin edir.

HI-SCAN 130130T-2is sistemində konveyerin alçaqda quraşdırılması, onun üzərinə əlavə yük qoyulmasını və ya ağır yüklərdən azad olunmasını asanlaşdırır.

HI-SCAN 130130T-2is - ağır yükləri idarə etmək üçün, bir təhlükəsizlik məhfumudur.

Spesifikasiya
Obyektin maksimum ölçüsü 1300 (En) x 1300 (H) [mm]
51.2” (En) x 51.2” (H)
Ölçüləri 3720 (U) x 2100 (En) x 2265 (H) [mm]
146.5” (U) x 82.7” (En) x 89.2” (H)
Çəkisi təxminən 2200 kq
təxminən 4850 funt