ScanVan 8585

ScanVan 8585

enlarge

Əsas xüsusiyyətləri:

  • Səyyar, çevik sistem
  • Daxili HI-SCAN 8585 sistemi
  • Güclü rentgen generatoru (160 kV sabit potensial)
  • İstiyə qarşı izolyasiya olunmuş korpus

Əlavə xüsusiyyətləri:

  • Kondisioner (seçənək)
  • Daxili elektrik generatoru (seçənək)
  • 31 mm qalınlığında polad təbəqədən obyektə nüfuzedə bilməsi (səciyyəvi)
  • ISO 1600 / 33 DIN həssaslığına qədər aydın görüntü

ScanVan-xüsusi daxili interyerə malik, özügedən maşından istifadə edən rentgen təftiş sistemidir. Daxili HI-SCAN 8585 rentgen təftiş sistemi var.

ScanVan -baqajın, yükün, poçtun yüklənib-boşaldıldığı yerlərdə və gömrük/təhlükəsizlik əməliyyatları zamanı,  bu sayılan əşyaları yoxlamaq lazım olan hallarda tətbiq edilmək  üçün, nəzərdə tutulmuşdur.

İstiyə qarşı izolyasiya olunmuş korpus və əlavə seçənək kimi quraşdırılan kondisioner, iqlim şəraitindən asılı olmayaraq, hər yerdə optimal əməliyyat həyata keçirməyə imkan verir. Sistem, lokal elektrik mənbəyindən dəyişən cərəyan alaraq işləyir, amma buna imkan yoxsa, cihazlar daxili elektrik generatoru vasitəsilə elektrik enerjisi ala bilər.

Təftiş olunacaq əşyaların sürətlə yüklənib-boşaldılması, güclü motorla təchiz edilmiş konveyer(içəriyə)  və ağırlığa davamlı, diyircəkli konveyerlə(çölə) təmin olunur. Konveyerlərin hər ikisi qatlanaraq furqonun içinə yerləşdirilə bilər. 

Güclü rentgen generatoru (160 kV sabit potensial) həssas detektor sistemi və imkanları artırılmış şəkil işləmə sistemi ilə birləşərək, 31mm qalınlığında polad təbəqədən obyektə nüfuz edə bilər (səciyyəvi).  Sistem, 0,1 mm diametrli, 1 fazalı (məs: AWG 38) naqilləri belə, aşkar etmək imkanına malikdir.

Təftiş prosesinə nəzarət etmək üçün, operatorun iş yeri  bütün lazımi avadanlıqla, məs: monitor, klavyatura, indikatorları olan nəzarət paneli və lazım olan hallarda, telefon-rabitə cihazları ilə  təchiz olunmuşdur.

Spesifikasiya
HI-SCAN 8585
Obyektin maksimum ölçüsü 850 (En) x 850 (H) [mm]

33.5” (En) x 33.5” (H)

Konveyerin maksimum yükgötürmə gücü
(hətta dağınıq yükü)
200 kq

441 funt

Konveyer sistemi Əşyaları yükləmək üçün, inteqrasiya olunmuş konveyer; 
Əşyaları boşaltmaq üçün, diyircəkli konveyer
Əməliyyat üçün, üfüqi vəziyyətdə aşağı qatlanır
ScanVan 8585
Maşın Mercedes Benz Sprinter
Mercedes Benz Sprinter Maşını
Standart maşın Mercedes Benz Sprinter 313 CDI 4x2
Mühərrik Dizel, 4 silindr
Maşının çəkisi 3500 kq (əlavə seçənəklər xaric) / 3880 kq (əlavə seçənəklər daxil) 
  •