HCV CAB 2000 MA

Nəqliyyat vasitələri, konteyner və yükü  fiziki zərərə məruz qoymadan təftiş edən, yüksək enerjili, səyyar rentgen təftiş sistemi 

HCV CAB 2000 M

enlarge

Əsas xüsusiyyələri:

  • Sistemin quraşdırılması/sökülməsi 1saatdan az çəkir
  • 24 Bit operativ şəkil işləmə
  • Yeni  HiTraX elektronikası ilə, daha üstün şəkil keyfiyyyəti
  • Aşağı dozalı radiasiya ilə, keyfiyyətli nüfuzetmə

HCV CAB 2000 MA-yük maşınlarında və ağzı möhürlü konteynerlərdə olan qanunsuz malları aşkar etmək üçün, gömrük məntəqələrində tətbiq olunann səyyar rentgen təftiş sistemidir. Aşağı dozalı radiasiya müqabilində,  obyektə yüksək keyfiyyətli nüfuzetmə gücü onu əvəzsiz bir təftiş vasitəsinə çevirir.

Sistem 2 hissədən ibarətdir:1) 6m-lik konteynerdə quraşdırılmış əməliyyat bölməsi və maşın hissəsi(standart yollar üçün nəqliyyat vasitəsi, lazım olanda dəyişdirilə bilən Class C 745, EN 284 modelləri istifadə oluna bilər).

Sistemin konfiqurasiyası yük maşınlarını və konteynerləri açmadan, sürətli təftiş etməyə imkan verir.

Sistemin səyyar funksiyası, onun, demək olar ki, bütün mövcud təftiş funksiyalarına  və infrastruktura inteqrasiya olunmasına imkanı yaradır. Quraşdırılıb-sökülməsi çox asandır, 1 saata yaxın çəkir.  

Spesifikasiya
Obyektin maksimum ölçüsü 2.6m (En) x 4.2m (H) x 20.0m (U) 
98.4” (En) x 165.4” (H) x 787.4” (U)
Sistemin quruluşu Sistem 2 hissədən ibarətdir:
  • 6m-lik konteynerdə quraşdırılmış əməliyyat bölməsi
  • Standart yollar üçün nəzərdə tutulan, 25 tonluq, dəyişdirilə bilən (Class C 745) maşın