HCVS

HCVS

enlarge

Əsas xüsusiyyətləri:

  • Tam dolu yük maşınları və konteynerləri təftiş etmək üçün stasionar sistem 
  • Daha üstün şəkil keyfiyyəti üçün müasir texnologiya
  • Ağır yük maşınlarının hərəkət etdiyi dəniz limanları, sərhəd keçid məntəqələri, aeroport üçün idealdır.
  • Çox az işçi qüvvəsi ilə, asanlıqla istifadə oluna bilir.
  • Üzvi/qeyri-üzvi materialları fərqləndirmək üçün, viZual texnologiya 

Əlavə xüsusiyyətləri:

  • Bəyannamənin doğruluğunu yoxlamaq
  • 100%-ə kimi  düzgün təftişetmə gücü

Seçənəklər:

  • Avtomatik Radioaktiv Material Aşkaretmə (ARD)
  • Yüksək enerjini ayırd etməsi
  • Tək və ya ikili görüntü texnologiyası
  • Tək və ya qoşa tunelli versiyası
  • 4Mev və 6MeV gərginlikli tipləri var

HCVS sistemi,  HCV məhsulları seriyasında ən güclü sistemdir. O, gömrük və ya təhlükəsizlik təftişləri üçün optimal yanaşmanı müəyyənləşdirir.

Qaçaqmalçılıq və əsas sərhəd xətlərində terrorçuların qanunsuz əməliyyatlarının gömrük və polis işçiləri tərəfindən əngəllənməsi üçün, bu sistem əvəzolunmaz vasitədir. 

Yük maşınını və ya konteyneri açmadan təftiş etməsi, mexaniki təftişetmə zərurətini minimuma endirir.

Sistem müəyyən bir yerdə, sabit şəkildə quraşdırılaraq, dolu nəqliyyat vasitələrini (təkərləri,şassiləri, çənləri, yükü və traktoru) və konteyneri sürətlə təftiş edir və gömrükdə təqdim olunan bəyannamələrin doğruluğunu təsdiq etməyə imkan verir. Həssas interfeysi şəkil analizini asanlaşdırır

HCVS sistemi tək və ya ikili görüntü texnologiyası, tək və ya qoşa tunel versiyası, yüksək enerjini fərqləndirmə funksiyası ilə təchiz oluna bilər. Bu sayılanlar, təftişin doğruluğuna və qaçaq mal, silah, partlayıcı və ya narkotik maddə kimi obyektlərin dəqiq yerini müəyyən etməyə zəmanət verir.

Spesifikasiya
Keçid sürəti saatda 20 maşın
Polada nüfuzetmə 410 mm-ə qədər
Minimum sayda işçi heyəti 3 operator