HI-SCAN 10080 EDX-2is

HI-SCAN 10080 EDX-2is

enlarge

Əsas xüsusiyyətləri:

  • ikili görüntülü sistem
  • Partlayıcı maddələri avtomatik aşkaretmə 
  • Çox iri baqaj üçün 100x80 (sm) ölçülü tunel
  • Öz seriyasından olan məhsullar içində ən yüksək təftişetmə sürəti
  • Saatda 1800-ə qədər baqaj/çantanı skanetmə sürəti 

Partlayıcı maddələri avtomatik təftişetmə sistemi olan HI-SCAN 10080 EDX-2is, sınanmış Smiths Heimann EDX texnologiyasının ən son nailiyyətlərini təqdim edir.  

HI-SCAN 10080 EDX-2is-ikili görüntü verən rentgen təftiş sistemini istifadə etməklə, vəziyyətin dəyərləndirilməsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu xüsusiyyət faktiki olaraq operatora baqajın içində gizlədilmiş obyektləri görməyə imkan verir. Həmçinin, qəbul edilməyən baqajın sayı və təkrar təftişetmə ehtiyacı nəzərəçarpacaq qədər azalır.

Qeydiyyatdan keçən baqajın təftiş edilməsinin sınanmış, çoxmərhələli metodu çərçivəsində, partlayıcı maddələrin aşkar olunması üçün, yüksək sürətli  EDX-2is sisteminin 1-ci Mərhələsi ilə  bütün baqaj avtomatik təftiş olunur. EDX-2is sistemi ilə təftişdən sonra çantaların müəyyən olunmuş yerə ötürülməsi davam edir, sistemin rədd etdiyi çantalar isə, əlavə təftiş üçün, avtomatik şəkildə 2-ci Mərhələyə ötürülür. 

Rədd edilmiş çantaların şəkillərinin əyani şəkildə təftiş olunmaq üçün operatorun kompüterinə ötürülməsi, çoxmərhələli metodun ümumi konfiqurasiyasıdır (2-ci Mərhələ). Əgər əlavə baxış keçirilməsinə ehtiyac olarsa, çanta və şəkillər 3-cü Mərhələyə göndərilir. 

3-cü Mərhələnin operatorlarından sürət tələb olunması, bu mərhələnin həyata keçirilməsi üçün mövcud olan çoxsaylı texnologiyaların tətbiqi və icrası, fərdi olaraq hər bir aeroportun təhlükəsizlik sisteminin iş prinsiplərindən asılıdır. İlkin təftiş proseslərinin avtomatlaşdırılması, həm işçi heyətinin sayını, həm də xərcləri azaldaraq, əlavə üstünlüklər yaradır.

Spesifikasiya
Obyektin maksimum ölçüsü 1060 (En) x 800 (H) x 3800 (U) [mm]
41.7" (En) x 31.5" (H) x 149.6" (U)
Ölçüsü 2900 (U) x 2140 (En) x 1900 (H) [mm]
114.2" (U) x 84.3" (En) x 74.8" (H)
Çəkisi təxminən 3000 kq
təxminən 6614 funt
  •