eqo

eqo

enlarge

Əsas xüsusiyyətləri

  • Çox aydın şəkil təqdimatı:-gizlədilmiş təhlükəli obyektlərin yüksək keyfiyyətlə aşkar olunması
  • Çoxsaylı material aşkaretməsi; metal, keramika, plastik, maye və s.
  • Canlı şəkil təqdimatı
  • Yığcam, az yer tutan sistemdir, nəzarət-buraxılış məntəqələrində asan inteqrasiya oluna bilir.
  • Sərnişinləri sadə və sürətli metodla təftiş edir

  • eqo-insanların təftiş olunması üçün, innovatv sistemdir. Unikal, yastı panelli, mikrodalğalı texnologiyası ilə, bu skaner müasir tələblərə uyğun görüntü və təftiş funksiyalarına malikdir.

    3D skan sistemi təhlükəli obyektləri aşkar etmək üçün aydın, keyfiyyətli, operativ, hərəkətli görüntülərdən istifadə edir. Elektronik tənzimlənən linzalar kimi işləyən panel 3 ölçülü, geniş həcmli skan prosesini həyata keçirir. Bu, skan olunan insanın hərtərəfli, diqqətlə təftiş olunmasına zəmanət verir.

    Bu müasir yanaşma, mikrodalğa texnologiyasının digər metodlardan fərqini vurğulayır(mexaniki təftişdən tutmuş, elektronik idarəolunan şəkillərə kimi). 

    Kiçik ölçüsü və dəyişdirilə bilən dizaynı ilə, eqo mövcud nəzarət-buraxılış sisteminə inteqrasiya oluna bilər.

    Açıq dizaynı istifadə üçün rahatdır və operatorla təftiş olunan insanın ünsiyyətini asanlaşdırır. Sistemdən aralıda olan operator isə, skan olunan insanın kinolentə bənzər şəkilləri ilə təmin olunur. Sistemin rahat idarəsi bütün gizlədilmiş obyektlərin aşkar olunmasına zəmanət verir.

    Tezliklə, eqo sisteminin  Avtomatik Təftişetmə də daxil olmaqla, yeni funksiyası mövcud olacaq və bu, operatorun mikrodalğalı şəkilləri araşdırması zərurətini aradan qaldıracaq. Təftiş olunan insanın standart və ya qrafik görüntüsü ekranda görünəcək və proqram təminatı tərəfindən idarə olunan marker, qrafik şəkildə, obyektin gizlədilmiş olduğu yeri işarələyəcək. Bu funksiya təftiş prosesini sadələşdirəcək və ümumiyyətlə sürəti artıracaq.

Spesifikasiya
Obyektin maksimum həcmi: 1.1(En) x 1.0 (Dər.) x 2.0 (H) [m] • 43.3” (En) x 39.4” x 78.7” (H)
Təftiş edə biləcəyi obyektlər
(amma bunlarla məhdudlaşmır)
Keramika,metal, maye, partlayıcı, dəri, plastik, kağız, narkotika və s.
Şəkil təqdimatı: Operativ/Hərəkətli görüntü