Bioloji agentlərin təftişi

Hərbi qüvvələrin bioloji döyüş agentlərinin hücumundan qorunması uzun müddət Smiths Detection kompaniyasının hədəfində olmuşdur.Smiths Detection bir sıra təkmilləşdirilmiş bioloji təftiş avadanlıqları hazırlamışdır və hazırda, əsas proqramlarda sistemlərin inteqrasiya olunmasını həyata keçirir.

Bioagentlər  ictimaiyyət üçün də təhlükə yaratdığına görə, təftiş texnologiyası cəbhə xəttində tətbiq oluna bilən cihazlar yaratmaq üçün uyğunlaşdırılmış və sadələşdirilmişdir. Bu, bioagentlərin yerindəcə, minimum gecikmə ilə, laboratoriya standartlarına uyğun olaraq tanınmasını təmin edir.

Aşağıdakı sistemlər təhlükəni dərhal aşkarlayan və dəqiq müəyyən edən vasitələr kimi tanınır:

Bioloji İdentifikatorlar
BioCheck -Bioloji döyüş agentinin mövcudluğu ehtimalında şübhəli toz nümunələrini dərhal təftiş edən, sürətli və sadə test cihazıdır.(ətraflı)
Bio-Seeq PLUS - Bakterial və virus patogenlərini 60 dəqiqəyə aşkar etmək üçün portativ PCR identifikatordur.(ətraflı)
Prime Alert - Qarayara, taun mikroblarının, eləcə də ricin və botulinum kimi bio-toksinlərin mövcudluğunu müəyyən edən portativ təftiş sistemidir. Hərtərəfli, çox dəqiq  təhlil imkanı yaradıır.(ətraflı)

Bioloji klassifikatorlar
SmartBio Sensor - Havada olan bioloji agentlərin (bakteriya, toksin, virus) növünü ayırd etmək üçün, onların operativ aşkar olunmasını təmin edir.(ətraflı)

Birləşmiş sistemlər 
Bio-Detection System 
- Xüsusi agentləri operativ aşkar etmək və tanımaq üçün əlavə detektorlardır.(ətraflı)

PROTECT -avtomatlaşdırılmış, proqram təminatı və avadanlıqdan ibarət olan sistemdir.  Bioloji agentlərin aşkar olunmasınə və kompleks bioterror hücumlarına reaksiyanı təkmilləşdirmək üçün, CBRNE detektorlarını, anoloji və rəqəmsal kamera sistemlərini (CCTV), siqnal ötürülməsinin formalaşmasını və optimal cavab protokollarını birləşdirir. Sensorların kompleks şəbəkəsinin tam idarə olunmasını təmin edir.  Sistem,  kompleks sensor idarəetmə çözümü olan FirstView tərəfindən dəstəklənir. FirstView -minlərlə sensor və istifadəçinin geniş miqyaslı, İP əsaslı sistemdən istifadə etməsinə kömək edir. 

Biological agent detection and identification