Bioloji təftiş sistemi

enlarge

Bioloji döyüş agentlərinin istifadəsi istər silahlı qüvvələr, istər mülki insanlar üçün böyük fiziki və psixoloji təhlükə törədir. Geniş spektrumda, asan əldə oluna bilən agentlər mövcuddur; məhz buna görə təftiş sistemləri dəqiq, etibarlı və istifadəsi asan olmalıdır.

Agentlərin müxtəlifliyi və yayılmasına görə yaranan təhlükə göstərir ki, bioloji döyüş agentlərinə qarşı səmərəli təftiş çətin və mürəkkəb bir məsələ olaraq qalır. Bunu aradan qaldırmaq üçün Bioloji Təftiş Sistemi aşkar olunmuş təhlükəni araşdırarkən, bir sıra fərqli texnologiyalardan istifadə edir.

Təftişin dəqiqliyi ilə yanaşı, nəticənin tez əldə olunması da vacibdir.Təhlükəyə qarşı müdafiəni təmin edən və onun aradan qaldırılmasına görə (lazımi tədbirlərin görülməsi üçün) cavabdeh olan istifadəçilər üçün, sistemlə işləmək asan başa düşülə bilən olmalıdır. 

Spesifik agentləri cəld, inamla, operativ aşkar etmək üçün, Smiths Detectionun Bioloji Təftiş Sistemində bir sıra əlavə detektorlar işləyir.

Təftiş sistemlərini inkşaf etdirmək üçün, Smiths Detection hazırda Müdafiə Elmləri və Texnologiya Sənayesi ilə işləyir. Bundan savayı, kompleks bir təftiş dəsti yaratmaq üçün, mövcud sınanmış təftiş sistemlərini birləşdirir.

Smiths Detection partnyorları ilə əlaqəli işləyərək, tam inteqrasiya olunmuş NBC (nüvə/bioloji/kimyəvi) təftiş sistemləri istehsalında böyük təcrübə əldə etmişdir. Bu sistemlər aşağıdakıları təklif edir:  

Bioloji və kimyəvi təftiş
NBC filtrasiyası və mühitə nəzarət  
Radio rabitə
Elektrik mənbəyi
Metereoloji stansiya
Qlobal Differensial Sistemlər
Nəzarət kameraları