© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
CAM

- Sinir, qan, dəri(suluq) və boğucu agentlər üçün əl detektorudur.
- Agentlərin cüzi miqdarına belə, reaksiya verir
- Müxtəlif şəraitdə istifadə üçün rahat və möhkəm dizayndadır
- Etibarlı və sınanmışdır-70.000-dən artıq cihaz dünya üzrə istifadə olunur.
CAM -sinir sistemi və dəriyə zərər verən və ya yoluxucu xəstəliklər yayan maye agentləri aşkar etmək üçün sınanmış, ilk kütləvi istehsal olunan əl detektorudur. 70.000-dən artıq cihaz hazırda silahlı qüvvələr, mülki müdafiə, fövqəladə hallar əməkdaşları tərəfindən istifadə olunur. Kimyəvi döyüş agenti və zəhərli kimyəvi maddələrə nəzarət etmək üçün çox səmərəlidir və asan istifadə olunur. Avtomatik olaraq iş rejimini dəyişə bimək xüsusiyyəti CAM sisteminə fasiləsiz və avtomatik şəkildə, müsbət (sinir agenti) və ya mənfi(dəri, qan və boğucu agentlər) növdə olan agentləri skan etməyə imkan verir.
Şəxsi heyət, nəqliyyat vasitələri, hərbi sursat və ehtiyatlarda olan yoluxucu maddələri təftiş etmək üçün nəzərdə tutulmuşdur, çarpaz yoluxmanın qarşısını alır və lazımsız dezinfeksiya aparılmasına yol vermir, həmçinin, təhlükənin keçdiyini, dezinfeksiyanın səmərəliliyini və ərazinin təmiz olduğunu təsdiq etmək üçün istifadə olunur.
CAM- Smiths Detectionun ticarət nişanıdır.
Spesifikasiya | |
---|---|
Ölçüsü | 350 x 80 x 145mm |
Çəkisi | 1.9kq (standart batereya daxil olmaqla) |
Enerji | 6V batereya, yenidən yüklənə bilən batereya və ya treyning adaptoru (training adaptor) ilə 4 ədəd D-cell batereya. |
Aşkar etdiyi agentlər | Sinir, qan, dəri, boğucu agentlər və seçilmiş zəhərli kimyəvi maddələr |