HGVI

HGVI

enlarge

Əsas xüsusiyyətləri:

  • Bir aparatda çoxsaylı sensorların (ortoqonal texnika) birgə işləməsi 
  • Təkmilləşdirilmiş H-Fusion™ proqramı tərəfindən  idarə olunaraq, çoxsaylı sensorların nəticələrini izah etmək.
  • Qeyri-radioaktiv  IMS (Ion Mobility Spectrometry ) mənbəyi. 
  • Avtomatik təftiş, təyinetmə və yoxlama rejimləri.

Əlavə xüsusiyyətləri:

  • Möhkəm və yüngüldür
  • Asanlıqla dezinfeksiya oluna bilir
  • Geniş spektrumda kimyəvi agent və zəhərli kimyəvi maddələri təyin edir. 
  • Qamma radiasiyanı aşkar edir
     

Səhv nəticələrin qarşısını almaq üçün HGVI sistemi təkmil, multi-sensorlu texnologiya ilə birləşən proqram təminatından faydalanır.Bu, eyni zamanda dəqiqliyi artırır və yekun nəticədən əmin olmanı təmin edir. HGVI sistemi təkmilləşdirilmiş H-Fusion™ proqramı tərəfindən  idarə olunur. H-Fusion™ aşağıda verilən çox profilli sensorlardan alınan məlumatı analiz etmək üçün nəzərdə tutulmuşdur:

• İon Hərəkətlilik Spektromiyası (IMS)
• Fotoionizasiya təftişi (PID)
• Taguchi qaz sensorları (TGS)

HGVI yeganə əl detektorudur ki,  kimyəvi agent və zəhərli kimyəvi maddələrin dərhal aşkar edilməsini, tanınmasını və miqdarının müəyyən olunmasını təmin edir və bu funksiyalardan lazım olanını həyata keçirmək üçün, rejimini  avtomatik dəyişir.

HGVI, fövqəladə hallar əməkdaşları ilə qarşılıqlı işləyərək yaradılmışdır, Level-A qoruyucu geyimi ilə, istənilən mühitdə işləmək üçün çox sadədir. 3.4 kq çəkiyə malik olmaqla, çox  asan daşınır.

HGVI -yüksək keyfiyyətli servis, təlim və dəstəklə inkşaf etdirilir.  Bu, məhsulun optimal tətbiqinə şərait yaradır.

Smiths Detection mütərəqqi təhlükəsizlik çözümləri və dövlət tərəfindən tənzinlənən, CBRNE (kimyəvi, bioloji, reaktiv, nüvə, partlayıcı materialları) və digər təhlükəli və ya qanunsuz maddələri aşkar və təyin edən  texnologiya məhsullarının dünya üzrə lider təminatçısıdır. 

Əlavələr::

Əlavə LINX™ Simsiz Rabitə Aparatı məsafədən nəzarət texnologiyası ilə, hadisə yerindən çoxsaylı  HGVI məlumatının vahid nəzarət mərkəzinə ötürülməsini təmin edir. LINX simsiz modem texnologiyasından istifadə edir və 16-ya kimi HGVI sisteminin şəbəkələşdirilməsinə imkan yaradır.

LINX Simsiz Rabitə Aparatına xarici RF modem və LINX proqram təminatı ilə təchiz olunmuş standart Windows PC kompüteri (adətən laptop) daxildir. 



 

 

Spesifikasiya
Texnologiya İon Hərəkətlilik Spektromiyası (IMS), Fotoionizasiya təftişi (PID) vəTaguchi qaz sensorları (TGS)
Aşkar etdiyi və tanıdığı
kimyəvi agentlər
Sinir, dəri, qan və boğucu agentlər
Aşkar etdiyi və tanıdığı
zəhərli kimyəvi maddələr
ITF-25 siyahısından yüksək və orta dərəcədə  təhlükəli materiallar
Aşkar etdiyi radiasiya Qamma
İş rejimi Təftiş, tanıma və yoxlama
Təhlükə siqnalı rejimi Səsli, görüntülü və vibrasiyalı
Çəkisi 3.4 kq (7.5 funt)
Ölçüsü 43.2 x 14 x 12.7 sm (dəstəksiz)
Enerji Yenidən yüklənə bilən Litium İon batereyası (sistem tam yüklü batereya ilə 8 saat işləyə bilir)
18 V sabit cərəyan; 110/240V dəyişən cərəyan
Alışqan adaptoru
Giriş/çıxış cihazları USB interfeysi
GPS Hadisə yerinə asanlıqla çatmaq üçün, GPS sistemə inteqrasiya olunmuşdur
İşlədiyi şərait Pis havada; -10 °C-dən + 50°C-yə kimi tempraturda; 10%-dən  90% -ə kimi nisbi rütubətdə işləyə bilir.
Ekran Şərtlərdən asılı olaraq, arxa fon işığını avtomatik tənzimləmək üçün işıq sensoru olan LCD ekran
Simsiz rabitə RF modem texnologiyası
Seçənəklər HGVI  LINX simsiz rabitə avadanlığı  (bəzi ölkələr üçün keçərli deyil)
HGVI -sarı və ya qara rəngdə mövcuddur