LCD 3.2E

LCD 3.2E

enlarge

Əsas xüsusiyyətləri:

  • Kiçik, yüngül, fasiləsiz  və operativ işləyən detektordur (kimyəvi döyüş agentləri və zəhərli kimyəvi maddələr üçün).
  • Qeyri-radioaktiv mənbədən istifadə edən,  təkmilləşdirilmiş IMS texnologiyası.
  • Kompüter, qulaqlıq və şəbəkə sistemləri ilə istifadə üçün əlaqə portu.

LCD- kiçik və yüngül olmasına rəğmən, təkmilləşdirilmiş detektorların(kimyəvi döyüş agentləri üçün) yeni nəslini təmsil edir,  492sm³ həcmə və 0.45 kq çəkiyə malikdir. LCD radioaktiv mənbədən istifadə etmir.

LCD- sinir (G), dəri (H), zəhərli kimyəvi maddələr(T) və boğucu(T) agentlərə görə, havanı fasiləsiz olaraq kontrol edir. Araşdırma rejimində işləyərkən, yükü, avadanlığı, insanları və obyektləri yoxlamaq imkanına malikdir. Bundan savayı, cihaz stasionar və ya səyyar platformalarda(nəqliyyat vasitələrində, gəmilərdə, təyyarələrdə)  tənzimlənə bilər.

Səsli və ya görüntülü siqnalizasiya ilə təchiz olunmuş cihaza, LED ekranı da daxildir. 

LCD hazırda bir çox dövlətlərdə istifadə olunur. Hərtərəfli sınaqlar, LCD-nin bu qəbildən olan bütün detektorlardan üstün olduğunu göstərmişdir. 

LCD 3.2E rahat, etibarlı və texniki baxımı asan olan bir cihazdır. Tələb etdiyi ehtiyat hissə, yalnız standart  AA batereyası və molekulyar filter paketidir-bunlar iki dəqiqəyə dəyişdirilə bilir və bu proses fərdi qoruyucu ləvazimatı (əlcək və s) geyinmiş halda da həyata keçirilə bilər. Cihaz bir dəfə tənzimlənir, əlavə kalibrasiya, yağlama və digər texniki baxım tələb etmir. LCD 3.2E cihazının imkanlarını artırmaq üçün, müxtəlif aksesuarlar əldə oluna bilər. 

Specifications
Ölçüsü 492sm³ (rıçaqlar, yağışdan qoruma qapağı, birləşdiricilər xaric)
Çəkisi 0.454kq (batereyalar xaric)
Rəngi Mavi, qara, yaşıl, sarı, bej 
İşlədiyi tempratur -30°C -dən  +40°C-yə kimi
Enerji təminatı Alkaline və ya  Lithium Iron Disulphide batereyaları
Batereyanın işləmə müddəti  Alkaline- 10°C-dən yuxarı tempraturda 30 saat 
Lithium - 10°C-dən yuxarı tempraturda 40 saat
Məlumat interfeysi USB və ya  RS485