LCD 3.3

LCD 3.3

enlarge

Əsas xüsusiyyətləri:

  • Birləşmiş kimyəvi agent və zəhərli kimyəvi maddə təftişetmə bazası
  • AA batereyaları ilə  75 saata qədər fasiləsiz  istifadə
  • Extremal hallarda etibarlı işləməsi
  • Qeyri-radioaktiv mənbədən istifadə edən,  təkmilləşdirilmiş IMS texnologiyası
  • Smiths Detectionun  Sensa-LINX simsiz rabitə şəbəkəsinə inteqrasiya olunması

    LCD 3.3 yüngül və çoxsaylı məqsədlər üçün istifadə olunan, təkmilləşdirilmiş detektordur (kimyəvi agent və zəhərli kimyəvi maddələr üçün). Həyat və sağlamlıq üçün təhlükə törədən təhlükəli maddələrin(qaz və buxar halında olan)  mövcudluğunu aşkar edir. Eyni zamanda, tədqiqat və nəzarət  üçün də istifadə oluna bilər.

LCD 3.3 əldə və ya kəmərə taxılaraq daşına bilər, bu istifadəçiyə əsas işini maneəsiz görməyə imkan verir. Səsli və görüntülü siqnallarla yanaşı, aydın, rahat oxunan LCD ekrana malikdir.

İstifadəsi çox sadədir, kalibrasiya və ya digər standart texniki baxım tələb etmir. Rahat dizaynı və mükəmməl iş qabiliyyətinin vəhdəti, geniş spektrumda imkanları təmin edir.

LCD 3.3  -yüksək keyfiyyətli servis, təlim və dəstəklə inkşaf etdirilir.  Bu, məhsulun optimal tətbiqinə şərait yaradır.

Əlavə xüsusiyyətləri: 
CWA: Kimyəvi agentləri aşkar etməsi və tanıması
TICs: Zəhərli kimyəvi maddələri  aşkar etməsi 
Survey: Təhlükəli maddənin dözümlü, davamlı, dezinfeksiya olunmamış  qalıqlarını aşkar etməsi
Cüzi dərəcədə olan kimyəvi agent təhlükəsini belə,aşkar etməsi, tanıması, miqdarını müəyyənləşdirməsi və operatora məlumat verməsi
Əllərin sərbəst hərəkətini  təmin etmək üçün, çantada daşınması. Çanta geyimə, kəmərə və digər ləvazimata asıla bilər.

Məlumat bazası aparılan əməliyyatlara aid informasiyanı qeyd edir (72 saata qədər -gələcəkdə analiz olunması üçün). RS232 protokolları vasitəsilə rabitə, əməliyyatdan sonrakı analizləri və proqram təminatının yenilənməsini  təmin edir.

Spesifikasiya
Ölçüsü 10.54 x 17.93 x 4.72 sm (4.15 x 7.06 x 1.86 düymə)
Çəkisi Batereya ilə 0.65kq (1.5 funt) 
Enerji 9 V sabit cərəyan
110/240V dəyişən cərəyan (Enerji təchizatı cihazından istifadə edərək)
Batereya 4 ədəd AA Lithium İon və ya 4 ədəd AA Alkaline Manganese Dioxide(təkrar yüklənən AA batereyalar istifadə oluna bilər)
Texnologiya Qeyri-radioaktiv, təkmilləşdirilmiş IMS(Ion Mobility Spectrometry) texnologiyası 
Aşkar etdiyi agentlər Sinir, qan, dəri, boğucu agentlər və seçilmiş zəhərli kimyəvi maddələr
Aksesuarlar LCD 3.3 sisteminin imkanlarını artırmaq üçün, əlavə yardımçı vasitələr əldə oluna bilər.