SABRE 5000

enlarge

Əsas xüsusiyyətləri:

  • Ən kiçik və yüngül, 3 rejimli  detektordur 
  • Buxar halında olan peroksidləri (hər növ partlayıcı maddəni)  təftiş etmək üçün idealdır
  • Texniki baxım üçün öz-özünü müayinə edir.
  • Kimyəvi agent və zəhərli kimyəvi maddələri aşkar etmək üçün həm müsbət, həm də mənfi rejimlərdə buxardan avtomatik nümunə götürür. 

Seçənəklər:

  • Çiyinə asıla bilən, qoruyucu çexolu var.
  • 2 saatlıq batereya

3 rejimli SABRE 5000  detektorunun yeni funksiyalarına buxar təftiş etmək qabiliyyəti də daxildir. Bu funksiya geniş spektrumda maddəni tanımağa, daha çox səmərəlilik  üçün aydınlaşdırmağa imkan verir. Üstəlik, cihazda olan öz-özünü diaqnoz xüsusiyyəti, istifadəçinin işini asanlaşdırır. Bütün bu sayılanlar SABRE 4000 cihazına əlavə olunaraq, SABRE 5000 cihazını formalaşdırmışdır.  Dünyanın hər yerində əsas infrastrukturu, limanları, sərhədləri, nəqliyyat sistemini və hərbi bazaları qorumaq üçün, SABRE 5000  əsas vasitə kimi istifadə olunur. 

Smiths Detectionun sınanmış IMS texnologiyasından istifadə edən SABRE 5000 aparatı, 40-dan artıq  kimyəvi agent, partlayıcı, narkotik və zəhərli kimyəvi maddələri 20 saniyə müddətinə müəyyən etmək üçün proqramlaşdırılmışdır.

Buxar və hissəcikləri  təftiş etmə 
Təkmilləşdirilmiş  SABRE 5000 həm buxar, həm də hissəcikləri analiz edə bilir. Operator ən dəqiq nəticə almaq üçün, ən uyğun metodu seçə bilər. Rejimdən-rejimə keçmək bir neçə saniyə alır. 

ASV rejimi (Avtomatik olaraq buxar rejiminə keçmə) 
Bu funksiya partlayıcı maddəni bir dəfə analiz etməklə həm mənfi, həm müsbər rejimlərdə optimal təftiş  təklif edir. Kimyəvi agent və zəhərli kimyəvi maddələri təftiş etmək üçün, ASV-CWA/TIC rejimi, operatorlara mənfi/müsbət rejimlərə keçmədən, fasiləsiz analiz etmək imkanı yaradır. Stasionar şəraitdə istifadə olunarkən, ekran rahat görüntünü təmin etmək üçün, asanlıqla 180° fırlana bilər.

Spesifikasiya
Texnologiya IMS(Ion Mobility Spectrometry) texnologiyası 
Radiasiya mənbəyi 63Ni, germetik 15 mCi
Nümunə toplaması Buxar və hissəciklər
Ölçüləri 36.3 x 11 x 13sm (14.5 x 4 x 4.5düymə)
Aşkar etdiyi partlayıcı maddələr RDX, PETN, TNT, Semtex, TATP, NG, Ammonium Nitrat, H2O2 və s.
Aşkar etdiyi narkotik maddələr Kokain, heroin,  tetrahidrokannabinol, metamfetamin və s
Aşkar etdiyi zəhərli
kimyəvi maddələr
Hidrogen Quanid(HCN), Fosgen, SO2, NH3 və s
Aşkar etdiyi kimyəvi döyüş agentləri Tabun (GA), Sarin(GB), Soman(GD), Siklosarin(GF), VX və VX, Nitrogen Mustard və s. kimi sinir və dəri agentləri
Ekran 8.89sm (3.5düymə) TFT ekranı
Yanlış təhlükə siqnalı 1%-dən az
Voltaj 12V sabit cərəyan; 110 V / 220 V dəyişən cərəyan, 50-60 Hz
Təhlükə siqnalının tipi Səsli, görüntülü (maddəni tanıma ilə)
Əməliyyata hazır olması 15 dəqiqədən az
Çəkisi 4 saatlıq batereya ilə 3,2 kq ( 7 funt)
İş rejimi Kimyəvi agent, partlayıcı, narkotik və zəhərli kimyəvi maddələri təftiş rejimləri 
Analiz müddəti Aşkar etmə-10 saniyə; tam analiz-20 saniyə
İşlədiyi tempratur 0°C -dən  +40°C-yə kimi  tempraturda
İşlədiyi rütubətlilik 0 -95%  nisbi rütubətdə (kondensasiyasız)