© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
IONSCAN 500DT

Əsas xüsusiyyətləri:
- Partlayıcı və narkotik maddələri eyni anda aşkar etməsi
- 40-dan artıq maddəni 8 saniyə müddətinə aşkar etməsi və tanıması
- Geniş və rəngli həssas ekran
- Daxili məlumat bazası
Seçənəklər:
- Daşınması üçün çanta
IONSCAN 500DT-təhlükəsizlik işçilərinin çoxsaylı maddələri aşkar edə bilməsinə və dəyişkən, yeniləşən təhlükələrə adaptasiya olmasına kömək edir. İki İMS detektorunu bir cihazda birləşdirən sistem bir dəfə analiz etməklə, partlayıcı və ya narkotik maddələri aşkar edir və tanıyır.
Bu iki detektorlu sistem istənilən halda tətbiq olunmaq üçün idealdır. Aviasiya təhlükəsizlik sistemində, gömrükdə, sərhəd və limanlarda bu sistemdən faydalanaraq, daha səmərəli şəklildə təhlükəsizliyi təmin etmək, çoxsaylı maddəni bir cihazla aşkar etmək olar.
IONSCAN sisteminin inkşaf prosesi
IONSCAN detektorlar ailəsinin etibarlı texnologiyası və nailiyyətləri üzərində qurularaq, IONSCAN 500DT sistemi rahat dizayna və geniş, rəngli həssas ekrana, printerə və 40GB ölçüdə daxili sabit diskə malikdir. Əlavə olaraq, PC funksionallığı, artırılmış yaddaş və şəbəkəyə qoşulmaqla, imkanlarını daha da genişləndirmək olar.
Sadələşdirilmiş texniki baxım
IONSCAN 500DT sisteminə texniki baxım və istismar xərclərini azaldan regenerativ hava təmizləmə sistemi (APS) daxildir. Bundan başqa, operator cihazın hissələrini köməkçi alətlər olmadan dəyişdirə bilər.
Proqram təminatı
IONSCAN 500DT sistemi xüsusi hazırlanmış, patentləşdirilmiş proqram təminatı istifadə edir. Operator proqramı həssas ekran vasitəsilə idarə edir.
Geniş daxili yaddaş çoxsaylı analiz nəticələrini saxlayır. Bu nəticələri sistemdaxili printerlə çap etmək və USB cihazına köçürmək olar.
IONSCAN-Smiths Detection kompaniyasının ticarət nişanıdır.
Spesifikasiya | |
---|---|
Texnologiya | İkili IMS (Ion Mobility Spectrometry) texnologiyası |
İş rejimi |
Eyni anda Partlayıcı/Narkotik maddələrin təftişi üçün Yalnız partlayıcı maddə üçün Yalnız narkotik maddə üçün |
Aşkar etdiyi partlayıcı maddələr | RDX, PETN, NG, TNT, HMX, TATP və s. |
Aşkar etdiyi narkotik maddələr | Kokain, Heroin, Amfetamin, Metamfetamin, MDA, THC və s. |
Analiz müddəti | 5 - 8 saniyə |
İşədüşmə müddəti | 30 dəqiqə |
Voltaj |
95-265V dəyişən cərəyan, 50-60 Hz Soyuqda 600W, istidə 300W |
Enerji | 110/220V |
Çəkisi | 19 kq |
Ölçüləri (U x H x Dərinlik) |
40 x 31 x 40 sm (ekranı açıq vəziyyətdə) 40 x 57 x 40 sm (ekranı bağlı vəziyyətdə) |
Ekran | 26.42 sm ölçüdə, rəngli TFT həssas ekran |
Printer | Daxili |
İşləmə şəraiti | 0°C- 50°C tempraturda; 95%-dən aşağı rütubətdə işləyir (kondensasiyasız) |