IONSCAN SENTINEL II

IONSCAN SENTINEL II

enlarge

Əsas xüsusiyyələri:

  • İnsanları təmassız, başdan-ayağa qədər təftiş etmə
  • Yüksək məhsuldarlıq- 1 dəqiqədə 6 nəfəri təftiş etmə
  • Tam avtomatlaşdırılmış sistem
  • Rəngli, həssas ekran

IONSCAN SENTINEL II - Zaman itkisi yaradan mexaniki axtarış prosesini aradan götürmək üçün dizayn olunmuşdur. 40-dan artıq maddəni bir neçə saniyəyə aşkar edir və tanıyır. Operator rəngli, həssas ekranla sistemi idarə edir. Analizin nəticəsi ekranda rahat anlaşılan şəkildə yazılır. Əgər təhlükə aşkar olunarsa, rəngli printer dərhal skan zamanı çəkilən rəqəmsal fotoşəkilləri print edir. 

IONSCAN SENTINEL II sisteminin inkşaf prosesi 
İstehlakçının tələblərinə bilavasitə cavab verən və çoxsaylı təcrübələrə əsaslanan IONSCAN SENTINEL II sisteminin yeni buraxılışı az enerji istifadə edir, modulyar çərçivə dizaynı var ki, bu da kompressoru cihazın içinə yerləşdirmək imkanı verir və SENTINEL sisteminin əvvəlki modelləri ilə müqayisədə az  yer tutur. Bundan başqa, rahat dizayn, mükəmməl sərnişin interfeysi və asan istismar şərtləri imkanlarını daha da genişləndirir. Bütün bu təkmilləşdirmə tədbirləri, Smiths Detection IONSCAN aparatına xas olan həssaslığı və etibarlılığı saxlamaqla, həyata keçirilmişdir.

IONSCAN SENTINEL II sisteminin tətbiqi 
IONSCAN SENTINEL II-Partlayıcı və narkotik maddələri aşkar etmək üçün, insanları skan edir. Yüksək məhsuldarlığı ilə, aeroport, gömrük, hərbi bazalar, islah-əmək düşərgələri, dövlət əhəmiyyətli obyektlər və kütləvi tədbirlərdə çoxsaylı insanları skan etməyə imkan verir, başdan-ayağa qədər təftiş apararaq, təhlükəli maddələrin hissəciklərini üzə çıxarır. 

 IONSCAN SENTINEL II-Smiths Detection kompaniyasının ticarət nişanıdır.

Spesifikasiya
Texnologiya Ion Mobility Spectrometry (IMS)
Aşkar etdiyi partlayıcı maddələr RDX, PETN, TNT, Semtex, NG və s.
Aşkar etdiyi narkotik maddələr Kokain, Heroin, THC (Çətənə), Metamfetamin, Ekstaz və s.
Ölçüləri (En x U x H) 188 x 140 x 229 sm  
Çəkisi 860 kq 
Enerji 208/220 V dəyişən cərəyan, 50Hz və ya  60Hz
 30A max. (partlayıcı), 40A max. (narkotika/ikili) 
Yardımçı vasitələr Rəqəmsal kamera
Rəngli printer
  •