© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
SABRE EXV

Əsas xüsusiyyətləri:
- Sabit və uçucu partlayıcı maddələri dərhal aşkaretmə və tanıma (peroksid və taggant daxil olmaqla)
- Mənfi və müsbət partlayıcı maddələri eyni anda, bir dəfə nümunə almaqla təftişetməsi
- 10 saniyəyə analizin tamamlanması və nəticə verməsi
Əlavə xüsusiyyətləri:
- Ekranın 180° fırlanması (stasionar rejimdə istifadə üçün)
Seçənəklər:
- Daşınması üçün qoruyucu çanta
- Stasionar istifadə üçün, masaüstü çərçivə-altlıq
Məişətdə və ya istehsalatda istifadə olunan təmizləyici vasitələr, həm də dağıdıcı, əldəqayırma partlayıcı maddələr hazırlamaq üçün istifadə oluna bilər. Peroksid mənşəli partlayıcılar uçucu və qeyri-sabitdir. SABRE EXV, Smiths Detectionun IMS (Ion Mobility Spectrometry) texnologiyasından istifadə edərək, uçucu partlayıcı maddələrin ən kiçik zərrəciklərini aşkar edir və tanıyır. Operator çanta, qutu kimi əşyaları sadəcə nümunə çubuğunun önündə saxlayır və 10 saniyə müddətində analizin nəticəsi rəngli ekranda görünür.
Portativ SABRE EXV sistemi, tam yüklü batereya ilə 8 saata qədər fasiləsiz işləyir.Məlumatı görüntüləmək və proqramlaşdırmaq üçün, IM32 (Instrument Manager) ilə kompüterə qoşula bilər.
Spesifikasiya | |
---|---|
Texnologiya | Ion Mobility Spectrometry (IMS) technology |
Aşkar etdiyi partlayıcı maddələr | H2O2, TATP, EGDN və NG |
Ekran | 3.5” rəngli TFT ekran |
Enerji | 8 saat fasiləsiz işləyən batereya |
İşədüşmə müddəti | 5 dəqiqədən tez |
Çəkisi | 3,2 kq ( 8 saatlıq batereya ilə) |
Ölçüləri | 36,3 x 11 x 13 sm |