İnteqrasiya olunmuş sistemlər

Smiths Detectionun birləşmiş sistemləri vəziyyət haqqında daha ətraflı məlumat verir və təhlükə mövcud olanda, təhlükəsizlik işçilərinə daha səmərəli əməliyyat aparmaq imkanı verir. Birləşmiş sistemlər istifadəçiyə mövcud protokolların faydasını maksimuma çatdırmağa, yeni texnologiyaya uyğunlaşmağa, təhlükəsizlik infrastrukturlarını və əməliyyat konsepsiyasını qorumağa şərait yaradır. Aşağıdakılar Smiths Detectionun ixtisaslaşdırılmış prioritet sistemlərinə daxildir:
Sensor Şəbəkələri Erkən xəbərdarlıq, məlumatın qeyd olunması, əməliyyatın vahid şəkildə görüntülənməsi, rentgen təftişi üçün təkmilləşdirilmiş informasiya mübadiləsi və hesabat sistemləri, yük və CBRNE sensorları istifadəçiyə vəziyyət haqqında müfəssəl məlumat verir. Rabitə və məlumatı daha səmərəli idarə edə bilmək üçün, vəziyyəti ətraflı dəyərləndirmək çox vacibdir, bu, CBRNE ilə bağlı durumlarda vaxta, xərclərə qənaət edir və itkiyə məruz qalma riskini minimuma endirir.

Nəqliyyat və Platforma Sistemləri  Smiths Detection robot və nəqliyyat vasitələri ilə daşınan,  sökülüb- açılan və şəraitə uyğun tənzimlənə bilən vasitələrlə yanaşı, CBRNE üçün səyyar və ya komplekt məhsulların daxil olduğu, çoxsaylı çözümlər təmin edir.

Meteoroloji Sistemlər Smiths Detectionun  meteoroloji sistemləri (MET) piyada silahlı qüvvələrini, döyüş meydanında mövcud olan mühit haqqında proqnozla vaxtında, dəqiq  təmin edirlər. MET proqnozu, vəziyyət və atmosfer haqqında ətraflı təsəvvür yaradaraq, yan zərbələrdən qorunmağa imkan verir. Bundan başqa MET silah sistemi, taktika seçimi və çözümləri müəyyənləşdirməyə təsir edə bilər.

Kollektiv Qoruma Sistemləri Səyyar kollektiv qoruma (ColPro) və bədbəxt hadisələr zamanı yardım edən tibb sistemləri hər yerdə əməliyyat aparmaq üçün vacibdir. Avtonom və ya şəbəkəyə bağlı olan bu cür sistemlər, səyyar, yoluxucu maddələrdən azad mühitdə tibb işçilərinə, döyüşçülərə və hərbi təchizat əməkdaşlarına rahat işləmək imkanı yaradır. 

 
Integrated bio detection