Set-Profiler

Meteorological Measuring Set-Profiler

enlarge

Əsas xüsusiyyətləri: 

  • FCS sisteminə uyğunlaşır 
  • Daha sürətlidir - Hər 30 dəqiqədən bir MET məlumatı təmin edir.
  • Daha çox dəqiqlik/Daha geniş diapazon - 60 km məsafədən dəqiq məlumat verir 

Smiths Detection hərbi sistemdə tətbiq olunmaq üçün, birləşmiş meteoroloji sistemlərin təminatında liderdir. Set Profiler (MMS-P) AN/TMQ-52  yenilənmiş, operativ meteoroloji ölçmə sistemidir. Silahlı qüvvələrə 500 kilometrə kimi məsafədən meteoroloji şərait haqqında məlumat əldə etməyə imkan verir. Bu sistem,  dünyada ən çox istifadə olunan, mezohəcmli MM5 sisteminin dəyişdirilmiş və tənzimlənmiş versiyasıdır. Sadə istifadəçi interfeysinə malik olan və GPS istifadə edən radiozond sistem, yer səthindən 30 km yüksəkliyə qədər dəqiq meteoroloji parametrləri təmin edir. 

Mezohəcmli neteoroloji model, əvvəlki MMS  sistemləri ilə müqayisədə, hava şarlarının uçuşunu 50%-ə qədər azaldır və hər 30 dəqiqədən bir meteoroloji informasiyanı qəbul edir. 

İş prinsipi
MMS-P  müxtəlif mənbələrdən aldığı məlumatı müqayisə edərək, dəqiq meteoroloji proqnozu təmin etmək üçün mezohəcmli MM5 modelini istifadə edir. Sistem, məlumatı həm yerdə olan sensorlardan, həm də peyklərdən alır. Geostasionar peyklər kimi mənbələrdən alınan informasiya, başqa sistemlər vasitəsilə alınırsa, o zaman müqayisə oluna bilər.

Qarşılıqlı Əlaqə
MMS-P sistemi, ANTMQ-41 və ANTMQ-41A Meteoroloji Ölçü avadanlıqları, AFATDS (Advanced Field Artillery Tactical Data Systems), HIMARS (High Mobility Artillery Rocket System), MLRS (Multiple Launch Rocket System), FDS (Fire Direction System), və s. MMS-P sistemləri ilə işləyir. 

Gələcək inkşafı
MMS-P sistemi gələcəkdə daha da təkmilləşdirilmək üçün dizayn olunmuşdur. İnterfeyslər aşağıda verilənlər üçün birləşdirilmişdir: 

  • Küləyin sürətini və istiqamətini müəyyən edən radar 
  • Yenilənmiş kompüter
  • Yeni antena konfiqurasiyası
  • Daha kiçik ölçülü avadanlıq
  • NPOESS-dən məlumatının birləşməsi 
  • Əlavə sensor məlumatının birləşməsi
  • RDF antenasının birləşməsi
     

MMS-P- “RF profiler” sisteminin ən son versiyası və gələcəyə aid müasir texnologiyalar ilə, hazırda geniş imkanlar yaradan, funksional sistem təklif edir.