Sensa-LINX

enlarge

Əsas xüsusiyyətləri:

  • Asanlıqla tənzimlənən sensor şəbəkəsi 
  • Sensorlarla operativ təsviri təmin edir 
  • Möhkəm strukturu sərt mühit üçün dizayn olunmuşdur 
  • Smiths Detectionnun LCD 3.3 və LCD-NEXUS kimyəvi sensorları ilə birləşə bilər

Sensa-LINX- təftişetmə, tanıma və geoloji yerləşmə haqqında məlumatı məsafədən nəzarət məntəqəsinə ötürmək məqsədilə, sensorların təhlükə siqnalını və məlumatı vaxtında təmin edə bilməsinə imkan verir.

C2 operatoru Sensa-LINX proqram təminatından istifadə edərək, şəbəkədaxili sensorları məsafədən araşdıra və onlara nəzarət edə bilər. İstifadəçi interfeysi sensorun saz olması barədə informasiya verir və operatora sensor siqnalının səsini kəsmək və ya ekranının parlaqlığını kontrol etməyə imkan verir. 

Proqram təminatı, ATP 45 mesaj formatı istifadə edərək, CBRN siqnalları yaratmağa qadirdir. Həyəcanlı vəziyyət olanda, C2 proqram təminatı səsli-görüntülü siqnal verərək, operatoru xəbərdar edir. C2, həm də kimyəvi/bioloji döyüş agentinin tanınması/miqdarı haqqında əldə olunan informasiyanı sensorun ekranında da göstərir.

Sensa-LINX - ən çətin şəraitdə, sərt mühitdə əməliyyat aparmağa imkan verərək və həm hərbi, həm də mülki sahələr üçün  geniş spektrumda tətbiq olunaraq, MIL-STD 810G və IP67  sistemlərinin tələblərinə cavab verir. 

Ərazinin/obyektin müvəqqəti qorunması 
Ekspedisiya qüvvələrinə ərazinin müvəqqəti qorunması lazım olanda, Smiths Detectionun şəbəkəyə qoşulmuş detektorları, qorunan ərazinin perimetri boyunca, strateji nöqtələrdə yerləşdirilə bilər. CBRNE aşkar edilərsə, Sensa-LINX yaxınlaşan təhlükə haqqında xəbərdarlıq edir. 

Müşahidə və kəşfiyyat  
Sensa-LINX - Piyada qoşunların kəşfiyyat və nəzarət əməliyyatlarını həyata keçirmələrini təmin edir. Eyni zamanda, vəziyyətdən xəbərdar olmaq üçün, əyinə geyilə bilən və əl detektorları arasında ikitərəfli əlaqəyə imkan yaradır, geoloji koordinatlar haqqında məlumatı yaxınlıqda olan nəzarət postuna ötürür. 

Fövqəladə hallar 
Dövlət səviyyəli mərasimlər və ya fövqəladə hallarda tətbiq olunmaq üçün, Sensa-LINX istifadəsi asan, tənzimlənə bilən çözümlər təmin edir. Bu çözümlər, istər müvəqqəti quraşdırılmış sensorlardan, istərsə də portativ detektorlar istifadə edən patrol işçilərindən alınan məlumatı birləşdirir. 

Spesifikasiya
Sensor Qovşağı
Texnologiya 900MHz (Point to Multi Point & Mesh Network), 868MHz (Point to Multi Point Network) və 2.4GHz (Point to Multi Point & Mesh Network)- lisenziya tələb etməyən simsiz rabitəyə əsaslanır.
Məsafədən işləmə qabiliyyəti  3 km
İşləmə müddəti  24 saat
Çəkisi 500 q
Ölçüsü 11 x 14.5 x 4.25 sm (4.33 x 5.7 x 1.67 düymə)

 

İstifadəçi interfeysi  LED indikatorlar: enerji, GPS, birləşmə, batereya
Konnektor seriyası  RS232
Enerji 8-32 V  sabit cərəyan / 110/240 V dəyişən cərəyan 

 

Batereya 4 ədəd AA lithium Iron və ya  AA Alkaline Manganese Dioxide. Yenidən yüklənə bilən  NiMH
Rəngi Yaşıl və ya qara 
Komanda və Kontrol
Komanda və Kontrol  Microsoft© Windows© platformasında avtomatik xəbərdarlıq və məlumat vermək üçün  C2 tətbiqolunması (Windows XP, Windows Vista, Windows 7) 
Laptop Kompüter - Panasonic CF-31
System Packages
Sensa-LINX Starter Kit Hardened Case 1 sisteminə daxildir 1 ədəd Panasonic C-31 və kabelləri; 1 ədəd Sensor Qovşağı; 1 ədəd Sensor Qovşağı çantası; 1 ədəd montaj kəməri; 1 ədəd rabitə kabeli; antena; batereya qutusu;  kompüter adaptoru və kabelləri; səyyar adaptor; proqram təminatı  
Çəkisi 12 kq
Ölçüsü 61 x 48 x 20.4 sm ( 24 x 19 x 8 düymə)
Sensa-LINX Starter Kit Hardened Case 2 sisteminə daxildir 4 ədəd Sensor Qovşağı; 4 ədəd Sensor Qovşağı  üçün çanta;
4 ədəd rabitə kabeli; 4 ədəd montaj kəməri; 4 ədəd antena,
4 ədəd batereya qutusu 
Çəkisi 9.6 kq
Ölçü 61 x 48 x 20.4 sm (24 x 19 x 8 düymə)
Əlavə aksesuarlar  Əyinə geyilə bilən LCD 3.3 dəsti; xarici enerji dəsti; LCD 3.3 PCA montaj dəsti;  LCD 3.3 PCA üçayaqlı altlıq dəsti; LCD NEXUS montaj dəsti;  Dəyişən cərəyan adaptoru; antena kabeli 
Ehtiyat hissələr  4 ədəd AA batereya