Analiz

Dabaq virusu 

Dabaq virusu – təhlükəli dərəcədə sürətlə yayılan yoluxucu virusdur. Bu virus qrupu 7 serotipdən ibarətdir ( A; C; O; Asia 1; SAT 1; SAT 2 və SAT 3). Smiths Detectionun yaratdığı dabaq virusunun analizetmə sistemi,  verilən serotiplərin  hazırda aktual olan növlərini seçə bilmək  üçün dizayn olunmuşdur. LATE-PCR kimyəvi preparatları, eskluziv olaraq Smiths Detection kompaniyasında  var və dabaq xəstəliyi üçün LATE-PCR ilə analiz aparmaq, aparatın işə düşməsi ilə mümkün olacaqdır.


Quş qripi və  Newcastle xəstəliyi(quşlarda rast gəlinir) analizi
Bu analiz LATE-PCR kimyəvi preparatlarının bütün faydalarından istifadə edir. Quş qripi üçün, çoxsaylı analizlər təqdim edir. Bir dəfə test aparmaqla, yüksək dərəcədə patogenik H5N1 virusunu digər H5N1 və quş qripinin növlərindən ayıra bilir. Bununla yanaşı, Newcastle xəstəliyi virusunun mövcudluğunu da təyin edə bilir. İlk dəfədir ki, çöl mühitində, bir dəfə test etməklə, ev quşlarının təhlükəli, yoluxucu xəstəliklərini müəyyən etmək mümkündür. Bunu, indiyədək yalnız laboratoriyalarda analiz apararaq, müəyyən etmək olurdu.