MSC 20

Təhlükəsizlik Üçün Səyyar Nəzarət-Buraxılış Məntəqəsi

MSC 20

enlarge

Əsas xüsusiyyətləri: 

  • Təhlükəsizlik üçün kompleks nəzarət-buraxılış sistemi 
  • Partlayıcı, narkotik maddələrin və təhlükəli malların aşkar olunması
  • Açıq havada keçirilən ictimai tədbir və mərasimlər üçün idealdır
  • Sistemi 30 dəqiqədən də qısa müddətdə quraşdırmaq və ya sökmək olar

Əlavə xüsusiyyətləri:

  • Açıq havaya davamlı sistem 
  • Yerli şəraitə uyğunlaşa bilən quruluş


MSC 20-açıq havaya davamlı, nəqliyyatla daşına bilən nəzarət-buraxılış sistemidir. İctimai tədbirlərdə təhlükəsizliyi təmin etmək üçün açıq havada, çevik şəkildə quraşdırıla bilər.

MSC 20 - çoxsaylı texnologiyanı özündə birləşdirən, partlayıcı və narkotik maddələri, təhlükəli əşyaları aşkar etmək üçün bir çözümdür. Açıq havada tətbiq olunmaq üçün nəzərdə tutulduğundan, əksər hava şəraitində saxlanılması və ya istifadə olunması mümkündür.

MSC 20 sistemi rentgen təftiş sistemləri, partlayıcı,narkotik maddə və metal detektorları, pasportların doğruluğunu təsdiq edən sistemlər ilə uzlaşa bilən platformadır. Bütün bu sayılan sistemlər 6m-lik standart konteynerdə yerləşdirilə bilər.

Smiths Detection , rentgen təftiş sistemləri və təhlükəli maddələrin təftiş olunması üzrə dünyada liderdir. Bu, daha geniş spektrumda təftiş texnologiyasını təmin etmək üçün kompaniyanın üzərinə yeni məsuliyyətlər qoyur.

 

Spesifikasiya
Sistemin quruluşu

Konteyner rentgen təftiş sistemi, metal və partlayıcı maddə detektorları ilə təchiz olunmuşdur:

2 ədəd HI-SCAN 6040i rentgen təftiş sistemi* (1.1m-lik təkərli konveyerlə)  
2 ədəd  PMD2 metal detektoru*(metalı aşkar etmək üçün)
2 ədəd  MH6 əl detektoru*(metalı aşkar etmək üçün)
1ədəd  IONSCAN 400B detektoru (partlayıcı maddəni aşkar etmək üçün)

*- Tələb olunarsa, başqa və ya əlavə modellər də istifadə oluna bilər

Konteyner Standart  6m-lik konteyner

Obyektin maks. ölçüsü

(rentgen təftişi üçün)

HI-SCAN 6040i
615 (En) x 410 (H) [mm] 
24.2” (En) x 16.1” (H)
Ölçüləri Daşınma zamanı: 
6060 (U) x 2450 (En) x 2600 (H) [mm]
238.6” (U) x 95.5” (En) x 102.4” (H)

İstifadə zamanı: 
6060 (U) x 6800 (En) x 2600 (H) [mm]
238.6” (U) x 267.7” (En) x 102.4” (En)
Çəkisi təxminən 4900 kq 
təxminən 10803 funt
  •