X-ACT-baqajın yoxlanması üçün mütərəqqi sistem

Giriş

X-ACT spesifik maddələri təyin etmək üçün avtomatlaşdırılmış iş rejimi təklif edir. Şübhəli və ya çox diqqət çəkən  materiallar tərkibinə görə haşiyəyə alınır. X-ACT xüsusi bir məqsəd üçün və ya narkotik/partlayıcı/əvvəlcədən müəyyənləşdirilmiş digər bir maddənin təyin olunması üçün istifadə oluna bilər. 
X-ACT sistemi təhlükəsizlik əməkdaşlarına təftiş prosesini sürətləndirməklə dəstək olur. X-ACT yükün içində olan şübhəli obyekti avtomatik göstərir.Bu, sərnişinlərin təhlükəslizlik haqqında maariflənməsinə və yoxlama zamanı onların hərtərəfli güvənlik tədbirlərinə daha asan uyğunlaşmasına müsbət təsir göstərir.

 

Əməliyyat prinsipi

X-ACT
X-ACT  sınanmış HI-MAT PLUS multi-enerjili materialı fərqləndirmə texnikasına, mükəmməl təsvir  işləmə proqramına və xüsusi avadanlığa əsaslanır. 
HI-MAT PLUS sistemi sabitləşdirilmiş rentgen mənbəyi və  təftiş üçün seçilmiş komponentlərlə təkmilləşdirilmişdir. Təftiş sistemi narkotik, partlayıcı və başqa maddələri fərqləndirmək üçün tələb olunan maddə analizini təmin edir. 

X-ACT sisteminin əsas özəlliyi diqqət çəkən materialı yükün içindəki digər materiallardan fərqləndirməkdir. Şübhəli obyektlər aydın olmasa belə və ya  yükün içində olan digər materiallarla üst-üstə yığılmış olsa da, onlar fərqləndirilə bilir və onların mövcudluğu haqqında siqnal verilir. Təftiş zamanı monitorda görünən haşiyələnmədən başqa, güvənlik işçisi səs siqnalları və ya kəmərin dayanması ilə də şübhəli materialların mövcudluğundan xəbər tutur.

Əsas xüsusiyyətləri:

  • Şübhəli maddənin tanınması üçün avtomatlaşdırılmış proses təklif edir
  • Operativ və onlayn işləyir, operator vaxt itkisi ilə qarşılaşmır
  • Maneələrə həssasdır. Başqa materiallarla örtülmüş maddələri müəyyən edə bilir.
  • Operatorun əlavə müdaxiləsinə və ya baqaj axınının dayandırılmasına ehtiyac yoxdur.
  • İnformasiya itkisinə yol vermədən konveyeri avtomatik dayandırmaq imkanına malikdir
  • Şəkili yadda saxlamaq funksiyasına malikdir
  • Uzun müddətli sabitliyə qarantiya verən, avtomatik təkrar kalibrasiya olunma xassəsinə malikdir.

Əməliyyat

Əvvəllər standart yük yoxlamasında operator tərəfindən tanınması çətin olan şübhəli materiallar indi avtomatik olaraq haşiyəyə alınır (sonradan onlara operatorun müdaxiləsi olmur). Haşiyələr rənglərə görə kodlaşır:


  • Qırmızı haşiyə: Partlayıcı maddələr
  • Yaşıl haşiyə: Narkotika (seçənək)
  • Göy haşiyə: Yüksək sıxlıq (seçənək)
View of narcotics
Yaşıl haşiyə-narkotik maddəni işarələyərkən
View of dense material
Göy haşiyə-sıxlığı çox olan materialı işarələyərkən
Göy haşiyə tədqiq olunan materialın çox sıx olduğu və rentgen şüasının nüfuz edə bilmədiyi yeri əhatə edir.  X-ACT ümumi yoxlama prosesini yarımçıq kəsmədən fəaliyyət göstərir(məs: konveyer dayanmır).

X-ACT sistemi  HI-SCAN görüntüsündə olan maddəni işarələyir. Bu, o deməkdir ki, standart sistem işlədən operatorlar görüntülərlə tanışdırlar və yükün içində olan obyektlərlə bağlı əlavə məlumata malikdirlər. Bu sayılanlarla yanaşı, bütün standart obyekt analizi funksiyaları hələ də keçərlidir.

X-ACT funksiyası HI-TIP və ya HI-SPOT kimi bütün onlayn funksiyalarda onlarla bərabər  işləyir.

Tənzimlənməsi

Tələbatdan asılı olaraq, xüsusi partlayıcı və/və ya narkotik vasitələrin təyinolunma funksiyası sistemə əlavə oluna bilər.

Uyğunlaşması

X-ACT Smiths Heimann tərəfindən istehsal edilmiş HI-SCAN cihazları ilə uyğunlaşır. Əl baqajı üçün olan Smiths Heimann rentgen cihazlarının son buraxılışları X-ACT ilə təkmilləşdirilə bilər.

Quraşdırılması

Məlumat bazasının mürəkkəbliyinə görə X-ACT sistemi təminatçı tərəfindən müştərinin tələbatına uyğun olaraq qabaqcadan quraşdırılır.