© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
ProLine sisteminin elementləri
ProLine rentgen texnologiyasına yeni standartlar tətbiq edən innovativ sistem anlayışıdır. Onun rahat, modulyar quruluşu vahid təhlükəsizliyə nəzarət zonaları üçün az yer tutan bütün elementləri təklif edir. Qeyri-adi keyfiyyətə, funksionallığa və estetik görünüşə malik olan ProLine elementləri fərdi detallarla vəhdət təşkil edə bilər. İş yerinin rahat dizaynı təhlükəsizliklə bağlı təftişlərin keyfiyyətinə dərhal müsbər təsirini göstərir.


Rentgen təftiş sisteminə inteqrasiya olunan və ya stasionar altlıqla avtonom şəkildə quraşdırılan sütun

Arxaya söykənməyə imkan verən, az yer tutan nəzarət masası
Təhlükəsizlik işçilərinin dəyişkən fəaliyyətini nəzərə alaraq, iş yerinin dizaynı üçün yeni yanaşma tələb olunur. ProLine ətraf mühiti təftiş etmək üçün sadələşdirilmiş və təminat baxımından münasib olan dizayn çeşidləri təklif edir.


