CBRNE təftişi


 

CBRNE ilə bağlı hadisələr insanları öldürmək, xəstəlik yaratmaq və cəmiyyətdə qarışıqlıq yaratmaq məqsədilə planlaşdımış, qərəzli şəkildə yaradılan vəziyyətdir. Belə hallarda hadisəyə dərhal müdaxilə etmək zəruridir

Smiths Detection kompaniyasının fəaliyyəti əsasən CBRNE  materiallarının aşkar olunması və tanınması üzrə mərkəzləşmişdir. "CBRNE"- aşağıda verilmiş materialların baş hərflərinin birləşməsidir:

C-Kimyəvi agentlər
B-Bioloji agentlər
R-Radioaktiv maddə
N-Nüvə 
E-Partlayıcı maddələr

Bu maddələr CBRNE təftiş sistemləri ilə aşkarlana bilər. Bu sistemlərə partlayıcı maddələri aşkar etmə, buxar analiz etmə, rentgen təftiş vasitələri və digər sınanmış, təkmilləşdirilmiş təftiş texnologiyaları daxildir.

Bu texnologiyalar güclü, möhkəm təftişetmə avadanlıqlarında quraşdırılır və kimyəvi agentləri aşkar etmək, bioloji döyüş agentlərini tanımaq üçün vasitələrə ehtiyacı olan, adları aşağıda verilən strukturlar tərəfindən istifadə olunur: 
  • Hərbi qüvvələr
  • Fövqəladə hallar  
  • Aeroport təhlükəsizlik xidməti
  • Nəqliyyat sisteminin təhlükəsizlik xidməti
  • İnfrastrukturun təhlükəsizlik xidməti
  • Gömrük xidməti (kargo/yük daşınması ilə əlaqəli) 

 

CBRNE təftiş vasitələri haqqında  geniş məlumat almaq üçün saytımızın "Bütün təftiş texnikası və vasitələri" bölməsini ziyarət edin:
Kimyəvi agentlərin təftişi
Kimyəvi maddələrin tanınması
Bioloji agentlərin təftişi və tanınması
Radioaktiv və nüvə təhlükəsi
Partlayıcı maddələrin təftişi: