Nəqliyyat təhlükəsizliyi

              

 

Nəqliyyat  vasitələrini terror aktlarından qoruyan sistemlər təhlükəsizliyə qarşı unikal vasitələr təqdim edir (avtobus, bərə, təyyarə və qatarlar, tunellərdə, körpülərin altında tətbiq olunan) .Təhlükənin dəqiq aşkar olunması, onun qarşısını alan faktor ola bilər.

Smiths Detection uzun müddətdir ki, aeroportlarda,  hava nəqliyyatında yaranan təhlükələrin qarşısını almaq üçün fəaliyyət göstərir və dünyanın hər yerində kütləvi, tranzit nəqliyyat və başqa nəqliyyat terminalları üçün günbəgün inkşaf edən təhlükəsizlik sistemləri təchiz edir.

Kompaniyanın iki əsas texnologiyasının: iz aşkaretmə və rentgen sistemi ilə təftişin vəhdəti və millimetrlik dalğa kimi yeni texnologiyanın bunlara əlavə olunması, nəqliyyatla daşınma zamanı baqajda və ya insanların üzərində olan partlayıcı maddələrin, silahların, qanunsuz əşyaların aşkar olunması üçün geniş imkanlar yaradır.

Smiths Detection kompaniyasının hədəfi-ən mükəmməl təftiş vasitələri təchiz etməklə, nəqliyyat sistemində təhlükəsizliyi təmin edən mütəxəssislərə dəstək olmaqdır. Bu, təkcə nəzarət/buraxılış  məntəqələrində deyil, həmçinin aeroport və ya nəqliyyat terminalının bütün ərazisində, maksimum səmərə üçün intellektual video və şəbəkələşdirilmiş sistemlər tətbiq etməklə həyata keçirilir.