Raman Spektroskopiyası

FT-IR texnologiyasının tamamlayıcısı olan Raman Spektroskopiyası-kimyəvi maddə molekullarının qarşılıqlı hərəkətinin düşən lazer şüalarını müxtəlif tezlikdə yaymasını qeyd edərək, naməlum kimyəvi maddələri təyin edən bir texnikadır.

Bu texnologiyanın açar üstünlüklrindən biri də odur ki, ağzı bağlı şüşə və plastik konteynerləri açmadan onlara nüfuz edərək, onların içindəki maddələri yüksək dəqiqliklə təyin edə bilir.

Geniş Raman bazası minlərlə kimyəvi maddənin özünəməxsus molekulyar əlamətinə görə tanınmasına imkan verir.

Bu texnologiya ilə işləyən cihazlar araşdırdığı obyektin xüsusiyyətlərini qeydə alaraq, öz bazasında axtarış aparır və bu maddə haqqında bütün mümkün məlumatları operatora təqdim edir. Maraqlısı budur ki, bütün bu prosess bir neçə saniyə ərzində baş verir.

FT-IR və Raman Spektroskopiyası

FT-IR and Raman Spectroscopy
Bir-birini tamamlayan texnologiya

RespondeR RCI və HazMatID simsiz rabitə ilə bir-biriylə əlaqəli işləyir. Bu rabitə operatora obyektin üzərində hər iki texnologiyanı eyni anda, yanaşı tətbiq etmək imkanı verir ki, bu da nəticənin daha dəqiq və etibarlı olmasını təmin edir.  









RespondeR RCI and the HazMatID