Sərnişinlərə nəzarət


Partlayıcı maddələri aşkar etmək üçün baqajın avtomatik yoxlanması

HI-SCAN 6040aTiX - Nəzarət/buraxılış  məntəqələrində partlayıcı maddələrin avtomatik aşkar olunmasına imkan yaradan ilk sistemdir.  Bu təkmilləşdirilmiş rentgen skaneri bir neçə müstəqil, multi-enerjili generator istifadə edir. Generatorların hər biri skanerin müasir, mürəkkəb rentgen sensor texnologiyası ilə birləşərək, normal yoxlama prosesinə mane olmadan, kompleks analizlərin operativ şəkildə həyata keçirilməsinə imkan yaradır.

 

 

 

 

İnsanı təftiş edən mütərəqqi sistemlər

eqo-İnsanları görüntüləmək üçün mütərəqqi bir çözüm və aeroportda nəzarət/yoxlama avadanlıqlarının ən son nəslidir. Cisim görüntüləyən bu sistem özünün unikal, yastı panelli, mikrodalğalı texnologiyasından istifadə edərək, ən kiçik izdə belə,mükəmməl təsvir vermək və  təftiş etmək imkanı təklif edir.  3D ölçülü skan sistemi çox aydın, operativ şəkil görüntüləmə xüsusiyyəti ilə, təhlükəli obyektləri aşkar etmək  üçün sürətli vasitələr təmin edir.

 

 

 

Partlayıcı maddələrin sürətlə aşkar olunması

IONSCAN 500DT-Təhlükəsizlik işçilərinin çoxsaylı maddələri aşkar edə bilməsinə və dəyişkən, yeniləşən təhlükələrə adaptasiya olmasına kömək edir. İki İMS detektorunu bir cihazda birləşdirən sistem bir dəfə analiz etməklə, partlayıcı və ya narkotik maddələri aşkar edir və tanıyır. 6000-dən artıq   “IONSCAN” sistemi,  dövlət, aviasiya təhlükəsizlik  xidməti, hüquq-mühafizə orqanları, silahlı qüvvələr və özəl təhlükəsizlik şirkətləri tərəfindən istifadə olunur.

 

 

 

Nəzarət-buraxılış məntəqələri

Sərnişinlərin nəzarət-yoxlamadan keçirilməsi üçün aeroportlarda tətbiq olunan, təkmilləşdirilmiş texnologiyaya malik avadanlıqlar:

Sərnişinləri skan etmək üçün:

SMD 600 gate (CEIA SMD600 Multi Zona)- Ultrahəssas metal detektorudur.

PD 140 – Yüksək həssaslığa malik əl detektorudur. 

eqo™ - Mikrodalğalı sistemdir, gizlədilmiş  təhlükəli əşya və ya maddələrin müdaxiləsiz görüntüsünü yaradır.

IONSCAN Sentinel II –Partlayıcı və ya narkotik maddənin aşkar olunması üçün "Walk-through"cihazdır.

MMTD – Kimyəvi agentlər və zəhərli kimyəvi maddələri aşkaretmə imkanına malik, partlayıcı və narkotik maddələri eyni anda təyin edən, möhkəm əl detektorudur.

Butulkalarda mayenin görüntülənməsi üçün:

RespondeR BLS – Raman Spectroscopy texnologiyasından istifadə edən masaüstü sistemdir,  ağzı bağlı şüşə və plastik butulkalardakı təhlükəli mayeni zərərsiz mayedən dəqiqliklə fərqləndirir.

Baqajın yoxlanması üçün:

HI-SCAN 6040aTiX – Aeroportlarda tətbiq olunan, rentgen texnologiyası ilə əl baqajını avtomatik təftiş edən cihazdır.

iLane – Sərnişinlərin rahatlığı üçün avtomatlaşdırılmış nəzarət-yoxlama  məntəqəsidir.

HI-SCAN 6040i -  Əl baqajını və yüksək təhlükəsizlik  tələb edən yerlərdə kiçik əşyaları təftiş etmək üçün, aeroportlarda istfadə olunan  rentgen sistemidir.

HI-SCAN 6046si – Aviasiyada və digər yerlərdə tətbiq olunan, təkmilləşdirilmiş  rentgen texnologiyasıdır.

HI-SCAN 7555i - 755 mm x 555 mm ölçüsündə  tunelə(yükü qoymaq üçün) malik, yüksək keyfiyyətli prosessor texnologiyasından faydalanan rentgen təftiş sistemidir.

SABRE EXV - Buxar və uçucu-partlayıcı maddələri müəyyən etmək üçün əl detektorudur.

IONSCAN 500DT - Baqajdakı partlayıcı və ya narkotik maddələri eyni anda aşkar edən masaüstü sistemdir.

IONSCAN 400B – Baqajdakı partlayıcı və ya narkotik maddələri aşkar edən masaüstü sistemdir.

Document Scanner – Səyahət sənədlərində partlayıcı və ya narkotik maddələrin aşkar olunması üçün masaüstü sistemdir.

RespondeR RCI - Raman Kimyəvi Təyinedici-bərk və ya maye halda olan naməlum maddənin tanınmasını təsdiqləyir.