Əsas infrastruktur

Hər bir ölkədə Milli Təhlükəsizliyin ən önəmli elementi əsas infrastrukturun qorunmasıdır. Bu,sənaye müəssisələri və təşkilatlar, yaşayış üçün zəruri olan binalar, distribütor şəbəkələri, kommersiya/ictimai/dövlət obyektlərinin mühafizəsidir. Bu obyektlər ölkənin müdafiəsi, kommunal xidmətlərdən tutmuş, dövlət qurumlarının fəaliyyəti və vətəndaşların rifah halının yaxşılaşdırılmasına kimi müxtəlif məqsədlər üçün istifadə olunur. Onların fəaliyyətinin bu və ya digər şəkildə pozulması, fəlakətli və ya iflic vəziyyətə gətirib çıxara bilər.

Əsas infrastrukturun qorunması istənilən obyektin  mühüm, həssas  nöqtələrinə  ünvanlanmalıdır. Artıq bir çox obyektlərdə, binanın ön tərəfdən girişinə kamera ilə nəzarət standart prosesdir. Digər önəmli giriş nöqtələrinin qorunması indiyə kimi çətin olmuşdur. Smiths Detection kompaniyası öz zəngin təcrübəsindən istifadə edərək, ən mükəmməl təhlükəsizlik çözümləri işləyib hazırlamışdır. Bu çözümlərə mövcud nəzarət sistemlərinin imkanlarını artıran, məktub kimi kiçik əşyaları təftiş edən, istilik, ventilyasiya, kondisioner sistemlərini fasiləsiz  kontrol edən müxtəlif vasitələr daxildir. Giriş məntəqələrini qəza və potensial təhlükədən qorumaq üçün, kompaniya müxtəlif məhsul və sistemlər yaratmışdır.

Əsas infrastrukturun qorunmasına fərdi yanaşma binaları, obyektləri mühafizə edir və təhlükəli vəziyyət riskini azaldır.