Nəzarət-buraxılış məntəqələri

Nəzarət-buraxılış məntəqələri üçün çözümlər

Partlayıcı maddə, silah və digər qanunsuz və təhlükəli əşyaları aşkar etmək üçün, Smiths Heimann işçi heyətinin, ziyarətçilərin və onların əl çantalarının/baqajlarının təftiş olunmasını təmin edən bir sıra sistemlər təklif edir:

İşçi heyəti və  ziyarətçilərin təftişi:

SMD 600 gate(CEIA SMD600 Multi Zona)-Ultrahəssas metal detektorudur.

PD 140 – Yüksək həssaslığa malik əl detektorudur.

eqo™ - mikrodalğalı sistemdir, gizlədilmiş  təhlükəli əşya və ya maddələrin müdaxiləsiz görüntüsünü yaradır.

B-SCAN – insanları rentgen texnologiyası ilə görüntüləyir. Bu, bədən boşluqlarında, süni bədən orqanlarında və ya insanın üzərində gizlədilmiş təhlükəli və ya qaçaqmalçılıq yolu ilə daşınan maddələri aşkar edir.

IONSCAN SENTINEL II – Partlayıcı və narkotik maddənin aşkar olunması üçün insanları başdan-ayağa təftiş edən  "walk-through" cihazdır.

Butulkalarda mayenin təftişi üçün:

RespondeR BLS –Raman Spectroscopy texnologiyasından faydalanan masaüstü sistemdir, ağzı bağlı şüşə və plastik butulkalardakı təhlükəli mayeni zərərsiz mayedən dəqiqliklə fərqləndirir.

Baqajın yoxlanması üçün:

HI-SCAN 6030di – Vestibül, qəbul otaqları  kimi yerlərdə təhlükəsizliyə nəzarəti təmin edən, möhkəm və yüngül rentgen sistemidir.

HI-SCAN 6040aTiX –Rentgen texnologiyası ilə əl baqajını avtomatik təftiş edən cihazdır.

HI-SCAN 6040i -  Yüksək təhlükəsizlik  tələb edən yerlərdə  tətbiq olunan rentgen sistemidir.

HI-SCAN 6046si –Təkmilləşdirilmiş rentgen texnologiyasından faydalanan təhlükəsizlik sistemidir.

IONSCAN 500DT - Baqajdakı partlayıcı və ya narkotik maddələrin eyni anda aşkar olunması üçün masaüstü sistemdir.

Müvəqqəti nəzarət məntəqələri

MSC10, MSC20 & MSC40 -Xüsusi və ya fövqəladə hallarda, çöl mühitində sürətlə quraşdırıla bilən mobil nəzarət məntəqələri-ictimai tədbir və mərasimlər keçirilən zaman, hətta, pis hava şəraitində belə, müvəqqəti girş-çıxış yerlərində tətbiq olunmaq üçün çox münasib sistemlərdir.