Obyektin ətrafının mühafizəsi(Komanda və Kontrol)

Smiths Detection  birləşmiş təhlükəsizlik  və sensor idarəetmə çözümləri təmin edir. Bu çözümlərin başında FirstView durur.

FirstView - Əsas təhlükəsizlik sistemlərini (CCTV, video analitiklər, CBRNE, giriş kontrolu, rentgen,kamera və sensorlar daxil olmaqla) idarə etmək üçün, şəbəkədə tətbiqetməyə əsaslanan  proqram  təminatıdır. Onun siqnal interfeysi, sensor  siqnallarına birləşir və 3-cü tərəfdən (CCTV sistem və ya birbaşa bağlanan video kamera) alınan müvafiq, canlı görüntülərlə onların imkanlarını artırır.

Əvvəlcədən müəyyən olunmuş funksiyaları aktivləşdirmək üçün, sistem siqnalları konfiqurasiya oluna bilər (kameranın yaddaşında olan görüntülər, səs siqnalları daxil olmaqla). Gələcəkdə təlim prosesi və ya araşdırma aparmaq üçün, təhlükə siqnalları video görüntülərlə bərabər  arxivləşir.