Hərbi sistem

Smiths Detection 50 ildən artıqdır ki, hərbi sistem ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq silahlı qüvvələrin tələbatına yaxından bələd olmağa və elmin nailiyyətlərinin döyüş meydanında tətbiq olunmasına imkan verir. Əsas təhlükə potensial ölüm riski yaradan kimyəvi və bioloji döyüş agentlərindən gəlir. Bu, silahlı qüvvələr üçün qoruyucu avadanlıqların ən yüksək standartlara uyğun hazırlanmasını tələb edir.

Təkmilləşdirilmiş texnologiyanın inkşafı cihazların əhəmiyyətli dərəcədə kiçildilməsinə imkan vermiş və yüksək həssaslığa malik fərdi qoruma sistemlərinin yaranmasını təmin etmişdir. Patentləşmiş “chip” texnologiyasının təkmilləşdirilməsi, gələcəkdə cihazların daha da kiçildilməsini təmin edəcək.

Kritik vəziyyətdə cihazın istifadəsinin asanlığı və yanlış təhlükə siqnallarının az olması, onun təftişetmə qabiliyyəti qədər mühüm amildir. Smiths Detectionun hərbi sistemdə tətbiq olunan avadanlıqları, döyüş meydanı və təhlükəsizlik tələb olunan hallar üçün etibarlılığın ən yüksək həddinə çatmışdır. Dünya üzrə silahlı qüvvələr 210,000-dən artıq kimyəvi agent detektorları ilə təchiz olunmuşlar.