B-SCAN

B-SCAN

enlarge

Əsas xüsusiyyətləri

  • Bədənin daxili və xarici üzvlərində gizlədilmiş obyektləri aşkar edir
  • Silah, partlayıcı/narkotik maddə daxil olmaqla, təhlükəli və qaçaq malları aşkar edir
  • Yüksək sürət-skanetmə müddəti 7 saniyədən azdır
  • Geyim və ayaqqabı əyində olanda belə, başdan-ayağa qədər tam təftişi həyata keçirir
  • Çox aşağı radiasiya dozası-0.1 µSv/skan

Smiths Detection kompaniyasının B-SCAN seriyalı məhsulları, bədənin daxili və xarici üzvlərində gizlədilmiş obyektləri aşkar etmək üçün aparıcı təhlükəsizlik çözümləridir. Skan texnologiyasının bu mərhələsinin mövcud sistemlərə əlavə edilməsi, narkotik maddələrin, soyuq və odlu silahın, mobil telefonların və digər malların qaçaqmalçılıq yolu ilə daşınması hallarını azaldacaq. Yeni B-SCAN seriyası, müştərilərin müxtəlif tələbatını ödəmək üçün bir neçə konfiqurasiya təklif edir. Sistem daxili rentgen elementlərindən istifadə edir ki, bu da sadə, istismar olunduğu müddətdə texniki baxımı asan, etibarlı metal konstruksiyanı təmin edir.

Aşağı dozalı rentgen şüaları ilə (baqajı skan edən rentgen şüaları ilə müqayisədə) B-SCAN sistemi, 7 saniyədən də az müddətə insanı başdan-ayağa qədər, təmassız skan edərək,  onun aydın, keyfiyyətli şəklini təmin edir. Sonra, şəkil işləmə vasitələri informasiyanı operatora ötürür. Operator gizlədilmiş obyektləri aşkar etmək üçün, şəkli dəqiqliklə və sürətlə yoxlayır.

Hazırda  dünya üzrə 100-dən artıq B-SCAN sistemləri quraşdırılmışdır(həbsxana, aeroport, gömrük məntəqələri və s). Bu sistemlər həm də şaxta və zavodlarda işçilərin almaz/brilyant, qiymətli daş və qiymətli metalları oğurlamasının qarşısını almaq üçün də istifadə olunur.

Spesifikasiya
Təftiş etdiyi materiallara daxildir: Metal, keramika, plastik, toz, partlayıcı, narkotika və s.
Təftişetmə qabiliyyəti: Vücudun daxili və xarici orqanlarında yerləşdirilmiş obyektlər
Skan tipi Bir cəhdlə bütün bədənin skan olunması
Əsas funksiyası Qaçaq mal və təhlükəli maddələri aşkar etmək üçün insanları təftiş etmək
Texnologiya İnsanların aşağı dozalı rentgen şüaları ilə təftişi 
Hər təftiş üçün doza < 0.1 µSv  (<0.01 mRem)*