IONSCAN 500DT

IONSCAN 500DT

enlarge

Əsas xüsusiyyətləri:

  • Partlayıcı və narkotik maddələri eyni anda aşkar etməsi
  • 40-dan artıq maddəni 8 saniyə müddətinə aşkar etməsi və tanıması
  • Geniş və rəngli həssas ekran 
  • Daxili məlumat bazası 

Seçənəklər:

  • Daşınması üçün çanta 

IONSCAN 500DT-təhlükəsizlik işçilərinin çoxsaylı maddələri aşkar edə bilməsinə və dəyişkən, yeniləşən təhlükələrə adaptasiya olmasına kömək edir. İki İMS detektorunu bir cihazda birləşdirən sistem bir dəfə analiz etməklə, partlayıcı və ya narkotik maddələri aşkar edir və tanıyır.

Bu iki detektorlu sistem istənilən halda tətbiq olunmaq üçün idealdır. Aviasiya təhlükəsizlik sistemində, gömrükdə, sərhəd və limanlarda bu sistemdən faydalanaraq, daha səmərəli şəklildə təhlükəsizliyi təmin etmək, çoxsaylı maddəni bir cihazla aşkar etmək olar. 

IONSCAN sisteminin inkşaf prosesi
IONSCAN  detektorlar ailəsinin etibarlı texnologiyası və nailiyyətləri üzərində qurularaq,  IONSCAN 500DT sistemi rahat dizayna və geniş, rəngli həssas ekrana, printerə və 40GB ölçüdə daxili sabit diskə malikdir. Əlavə olaraq, PC funksionallığı, artırılmış yaddaş və şəbəkəyə qoşulmaqla, imkanlarını daha da genişləndirmək olar. 

Sadələşdirilmiş texniki baxım
IONSCAN 500DT sisteminə texniki baxım və istismar xərclərini azaldan regenerativ hava təmizləmə sistemi (APS) daxildir. Bundan başqa, operator cihazın hissələrini köməkçi alətlər olmadan dəyişdirə bilər.

Proqram təminatı
IONSCAN 500DT sistemi xüsusi hazırlanmış, patentləşdirilmiş proqram təminatı istifadə edir. Operator proqramı həssas ekran vasitəsilə idarə edir. 

Geniş daxili yaddaş çoxsaylı analiz nəticələrini saxlayır. Bu nəticələri sistemdaxili printerlə çap etmək və USB cihazına köçürmək olar. 

IONSCAN-Smiths Detection kompaniyasının ticarət nişanıdır.

Spesifikasiya
Texnologiya İkili  IMS (Ion Mobility Spectrometry) texnologiyası
İş rejimi Eyni anda Partlayıcı/Narkotik maddələrin təftişi üçün
Yalnız partlayıcı maddə üçün
Yalnız narkotik maddə üçün
Aşkar etdiyi partlayıcı maddələr RDX, PETN, NG, TNT, HMX, TATP və s.
Aşkar etdiyi narkotik maddələr Kokain, Heroin, Amfetamin, Metamfetamin, MDA, THC və s.
Analiz müddəti 5 - 8 saniyə
İşədüşmə müddəti 30 dəqiqə
Voltaj 95-265V dəyişən cərəyan, 50-60 Hz
Soyuqda 600W,  istidə 300W
Enerji 110/220V
Çəkisi 19 kq
Ölçüləri (U x H x Dərinlik) 40 x 31 x 40 sm (ekranı açıq vəziyyətdə)
40 x 57 x 40 sm (ekranı bağlı vəziyyətdə)
Ekran 26.42 sm ölçüdə, rəngli TFT  həssas ekran
Printer Daxili
İşləmə şəraiti 0°C- 50°C tempraturda; 95%-dən aşağı rütubətdə  işləyir (kondensasiyasız)