MMTD

MMTD - rugged, multiple threat trace detector

enlarge

Əsas xüsusiyyətləri: 

  • Partlayıcı, narkotik və zəhərli kimyəvi maddələri, kimyəvi döyüş agentlərini vahid bir sistemlə təftiş edən detektor
  • Bir nümunə almaqla, partlayıcı və narkotik maddəni eyni anda təftişetmə və tanıma
  • Hər növ partlayıcı maddəni aşkaretmə

Əlavə xüsusiyyətləri:

  • Wi-Fi/Ethernet ilə məsafədən, nəzarətsiz əməliyyat 
  • Windows® CE  əsaslı platforma istifadə edən, həssas interfeys 
  • SD yaddaş kartı ilə qeyri-məhdud miqdarda məlumat
  • Daxili USB

MMTD -sərt mühitdə istifadə olunmaq üçün IP54 keyfiyyəti ilə yaradılmışdır. Möhkəm, portativ sistem hər cür təhlükəli maddəni sürətlə aşkar etmək və tanımaq üçün optimallaşdırılmışdır. Partlayıcı və narkotik maddələri eyni anda, bir dəfə analiz etməklə aşkar edən rejim də daxil olmaqla, dörd iş rejimi var. Operator, cihazı hissəcik və ya buxarı aşkar edən rejimlərə də asanlıqla keçirə bilər. 

İki ədəd batereya (2.5 saatlıq, aparatı söndürmədən dəyişdirilə bilən) ilə 5 saat fasiləsiz əməliyyat aparması, bir və ya bir neçə obyekt üzərində məsafədən, nəzarətsiz əməliyyat aparmaq (siqnalizasiya və Komanda və Kontrol Mərkəzinə Wi-Fi/Ethernet vasitəsilə məlumat verərək), SD yaddaş kartı ilə limitsiz məlumatı yadda saxlamaq, nəticələri cihazdan almaq üçün USB portu MMTD sisteminin digər mühüm xüsusiyyətlərinə daxildir. Proqram təminatı isə, operatora məlumatı ətraflı analiz etmək və şəbəkəyə qoşularaq, nəticəni çap etmək imkanı verir. 

MMTD sisteminin möhkəm konstruksiyası, geniş spektrumda maddəni tanıya bilməsi ön cəbhədə olan əsgərlər, sərt mühitdə işləyən təhlükəsizlik işçiləri (liman/sərhəd qoruyucuları kimi), aviasiya sistemi, xüsusi tədbirlər və s. üçün idealdır. 

Spesifikasiya
Texnologiya Ion Mobility Spectrometry (IMS)
Radiasiya mənbəyi 63Ni, germetik 15 mCi
Nümunə toplaması Buxar və hissəciklər
İş rejimi Partlayıcı/Narkotik maddələrin eyni anda təftişi üçün
Yalnız partlayıcı maddə üçün
Yalnız narkotik maddə üçün
Kimyəvi döyüş agentləri/Zəhərli kimyəvi maddələr   
Aşkar etdiyi partlayıcı maddələr RDX, PETN, TNT, TATP, NG, H202, EGDN və s.
Aşkar etdiyi narkotik maddələr Kokain, heroin, THC, metamfetamin və s.
Təftiş etdiyi kimyəvi agentlər  Tabun (GA), Sarin(GB), Soman(GD), Siklosarin(GF), Agent VX və VX, və s.  sinir və dəri agentləri
Təftiş etdiyi zəhərli  kimyəvi maddələr  Hidrogen Quanid(HCN), Fosgen, SO2, NH3 və s.
Yanlış təhlükə siqnalı 1%-dən az
Proqramlaşdırıla bilən kanallar 40-dan artıq
Voltaj 90-264VAC dəyişən cərəyan, 1.6A, 47-63Hz 
İşədüşmə müddəti 10 dəqiqədən az
Analiz müddəti 10 saniyədən az
Batereya 2 ədəd 2.5 saatlıq batereya  
Təhlükə siqnalının tipi Səsli, görüntülü (maddəni tanıma ilə)
Ekran Rəngli,  8.89sm (3.5düymə) TFT  LCD ekran
Məlumatı yaddaşda saxlaması 2 GB SD kart
Ölçüləri 48,3 x 21,6 x 20,3 sm  (19” x 8.5 ”x 8”) 
Çəkisi Batereya ilə 5 kq ( 11 funt) 
İşləmə şəraiti:  -7°C -dən  +55°C-yə kimi  tempraturda
0 -95%  nisbi rütubətdə (kondensasiyasız) 
Mühitə uyğunlaşma 1m hündürlükdən beton üzərinə düşərkən, xarab olmur. Yağışda, küləkdə, qumsal yerdə işləyə bilər.(IP54 əməliyyat, IP53 buxar təftişetmə).