Paket Çözümlər

Paket çözümlər ACT (Təkmilləşdirilmiş Təsdiqedici Texnologiya) ilə təhlükənin hərtərəfli dəyərləndirilməsi üçün, mərhələli və taktiki cavab tədbirlərinin həyata keçirilməsini təmin edir.

Bio-ACT™
Bio-ACT-yüksək təhlükəli bioloji döyüş agentlərinin eyniliyini və ya mövcudluğunun istisna olduğunu ani olaraq təsdiq etmək üçün, müxtəlif tamamlayıcı texnologiyadan faydalanan təkmilləşdirilmiş sistemdir.

Bio-ACT-unikal və praktik dəyərləndirmə metodudur, aşağıda verilən şübhəli materialları yoxlamaq üçün tətbiq olunur:

• Kimyəvi maddələr
• Bio-Toksinlər
• Bakteriya və Bakteriya Sporları
• Viruslar

Bio-ACT

Bio-ACT aşağıdakılardan ibarətdir:

BioCheck -Bioloji döyüş agentinin mövcudluğu ehtimalında şübhəli toz nümunələrini dərhal görüntüləyən, sürətli və sadə test cihazıdır.(ətraflı)

Bio-Seeq Plus -Bakterial və virus patogenlərini 60 dəqiqəyə aşkar etmək üçün portativ PCR identifikatordur.(ətraflı)

HazMatID Ranger -32,000  adda bərk və maye halda olan cisimləri  təyin edə bilən, portativ,rahat daşına bilən  FT-IR cihazdır (Fourier Transform Infrared Spectroscopy) (ətraflı)

Prime Alert - Qarayara, taun mikroblarının, eləcə də ricin və botulinum kimi bio-toksinlərin mövcudluğunu müəyyən edən portativ təftiş sistemidir. Hərtərəfli, çox dəqiq  təhlil imkanı yaradıır.(ətraflı)