Qeydiyyatdan keçən baqajın görüntülənməsi

Partlayıcı maddələrin avtomatik aşkar olunması üçün, baqaj avtonom(stand-alone) və ya konveyerdə quraşdırılan güclü rentgen sistemləri ilə təftiş olunur. Aeroport təhlükəsizlik avadanlıqlarına beynəlxalq  aeroportlarda  partlayıcı maddələrin təftiş olunma əməliyyatlarını dəstəkləyən masaüstü detektorlar da daxildir. 

Baqajın təftişi üçün  aeroport təhlükəsizlik avadanlıqları: 

HI-SCAN 10080 EDX-2is – HI-SCAN 10080 EDX sisteminin təkmilləşdirilmiş versiyasıdır, təftiş prosesini əhəmiyətli  dərəcədə yaxşılaşdırmaq üçün, ikili görüntü verən sistemidir. 

HI-SCAN 10080 EDtS –Baqajı 100% görüntüləyərək, partlayıcı maddələri aşkar edən, yüksək sürətli sistemidir. 

IONSCAN 500DT – Baqajdakı partlayıcı və narkotik maddələri eyni anda aşkar edən masaüstü sistemdir. 

IONSCAN 400B - Baqajdakı partlayıcı və narkotik maddələri aşkar edən masaüstü sistemdir.