Fövqəladə hallar

Smiths Detection kompaniyası nəzarətsiz çanta, şübhəli minik vasitəsi və ya naməlum maddəni araşdırmaq üçün, polis və yanğından mühafizə sistemlərini aşağıda verilən təftiş vasitələri ilə təchiz edir:

HazMatID – Bərk, maye və ya toz halında olan naməlum maddələri aşkar edən kimyəvi təyinedicidir.

RespondeR RCI - Raman Kimyəvi Təyinedici: bərk və ya maye halda olan naməlum maddənin tanınmasını təsdiqləyir.

TravelIR II – Toz və mayeni analiz etmək üçün portativ, möhkəm, yığcam  FT-IR spektrometrdir.

MMTD -Kimyəvi agentləri və zəhərli kimyəvi maddələri aşkaretmə imkanına malik, partlayıcı və narkotik maddələri eyni anda təyin edən, möhkəm əl detektorudur.

SABRE 4000 – Partlayıcı/narkotik/ təhlükəli maddələri(buxar və ya bərk halda) aşkar etmək üçün əl cihazıdır. Həmçinin, kimyəvi agentləri və zəhərli kimyəvi maddələri aşkar edir.

LCD-FR -Kiçik, yüngül, təkmilləşdirilmiş,  kimyəvi agentləri aşkar edən detektordur. Operativ, fasiləsiz  işləyərək, fərdlər və ya kiçik qruplar üçün yerli xəbərdarlıq siqnalları təmin edir. Əldə daşınmaqla və ya geyimə taxılmaqla, istifadə etmək mümkündür.

CAM –Sinir, dəri(suluq) və ya maye agentləri aşkar etmək üçün, sınanmış, ilk kütləvi istehsal olunan əl detektorudur.