Kimyəvi Agentlər/Kimyəvi Maddələr

Kimyəvi agentləri və sənaye tipli zəhərli kimyəvi maddələri aşkaretmə cihazları

Kimyəvi silah təhlükəsi hərbi qüvvələr üçün onillərdir ki, mövcuddur və bu, suda və quruda aparılan əməliyyatlara əsaslı şəkildə təsir edə bilər. Bu təhlükə sürətlə mülki insanlara doğru yönəlməkdədir. Buna görə də, cəbhə xəttində döyüşçüləri və ümumiyyətlə ictimaiyyəti qorumaq üçün, kimyəvi agentləri və zəhərli kimyəvi maddələri operativ aşkar etmək zəruridir.

Smiths Detection, dərhal müdaxiləni və hüquq-mühafizə orqanlarının naməlum maddəni tez tanımasını  təmin etmək üçün tətbiq olunan, təkmilləşdirilmiş texnologiyalar təklif edir.

Smiths Detectionun buxar analizetmə sistem və avadanlıqları döyüş meydanından tutmuş kommersiya binalarına kimi müxtəlif yerlərdə tətbiq olunur, kimyəvi agentlərin və ya zəhərli kimyəvi maddələrin mövcudluğunu arasıkəsilmədən yoxlayır.

Portativ buxar analizetmə avadanlıqlarının çoxunda (əldə daşına bilənlər daxil olmaqla) fərdi qoruma və asan istifadəni təmin etmək üçün sensorlar kiçildilir. Bu, həm adi analizdə, həm də təhlükəli qaz və şüaların tam zərərsizləşdirildiyini yoxlamaq üçün istifadə olunur.

Təhlükəli və ya zəhərli maddələri təmizləyən xilasedicilər üçün möhkəm və yüngül cihazlar təchiz olunur. Bu cihazlar təhlükəli maddəni təmiz maddədən (bərk və maye halda olan kimyəvi maddələri) sürətlə və riskə yol vermədən fərqləndirməyə imkan verir.

Checking for chemical agents with CAM