© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
HI-SCAN 7555aTiX

Əsas xüsusiyyətləri:
- Banderol, bağlama, əl baqajı, qeydiyyatdan keçən və hava nəqliyyatı ilə daşınan yükün içindəki partlayıcı maddələrin avtomatik aşkar olunması
- Maksimum yükgötürmə qabiliyyəti 250 kq olan konveyer, daha ağır yükləri skan etməyə imkan verir.
- Obyektlərin maksimum sürətlə keçidi/ vəziyyətin operativ dəyərləndirilməsi
- Sistemin idarə olunması üçün, tam şəkildə şəbəkəyə inteqrasiya olunması
Əlavə xüsusiyyətləri:
- Müstəqil görüntülər istifadə etməklə, Zeff və sıxlığı çox olan obtektlərin analiz olunması
- İkili, aydın və detallara ayrılan görüntü (Dual View)
- Optimallaşdırılmış spektrum ilə rentgen generatoru
- Aydın görüntünü təmin edən XADA sensor texnologiyası
HI-SCAN 7555aTiX sistemi- Smiths Detection kompaniyasının TiX seriyalı məhsullar qrupunun ən son üzvüdür. Optimallaşdırılmış alqoritmlərin köməyi ilə, yanlış təhlükə siqnallarının sayı minimum olmaqla, maye və partlayıcı maddələrin yüksək səviyyədə təftiş olunmasına imkan yaradır.
75 x 55sm ölçülü tuneli müxtəlif obyektləri (banderol, bağlama, əl baqajı və qeydiyyatdan keçən yük) skan etmək üçün tətbiq oluna bilər. Yükgötürmə qabiliyyəti 250 kq olan konveyer, hava nəqliyyatı ilə daşınan kiçik həcmli yüklər kimi daha ağır obyektləri asanlıqla skan etməyə imkan verir.
7555aTiX -Sistemin idarə olunması, arxivləşdirmə, şəkil paylama və TIP funksionallığı üçün, tam şəkildə şəbəkəyə inteqrasiya oluna bilər. Ona bənzər olan 6040aTiX texnologiyası kimi, 7555aTiX də sınanmış nəzarət-buraxılış ənənələrini pozmadan, ən mürəkkəb analiz proseslərini asanlaşdırır.
Spesifikasiya | |
---|---|
Konveyerin maks .yükgötürməsi | 250 kq (550 funt) |
Ölçüləri | 750 (En) x 550 (H) [mm] • 29.5” (En) x 21.7” (H) |
Obyektin maksimum ölçüsü | 750 (En) x 550 (H) [mm] • 29.5” (En) x 21.7” (H) |
Çəkisi |
təxminən 1780 kq təxminən 3924 funt
|