HI-SCAN 9075

HI-SCAN 9075

enlarge

Əsas xüsusiyyətləri:

  • Böyük ölçülü və açıq yükü təftiş etmək üçün ideal üsul
  • Alçaq konveyerin köməyi ilə, ağır yüklərin asan idarə olunması 
  • Şəklin operativ işlənməsinə şərait yaradan HiTraX texnologiyası
  • HI-MAT Plus: materialın daha keyfiyyətli fərqləndirilməsi

Əlavə xüsusiyyətləri:

  • IMS:şəkil məlumatının idarə olunması (tələb olunarsa)
  • Daxili şəbəkə interfeysi
  • Səciyyəvi nüfuzetmə qabiliyyəti: 30mm polad təbəqə 
  • Yüksək səviyyədə analiz təklif edən təftiş məhsulu

HI-SCAN 9075 -ölçüsü 90 sm x 76 sm-ə qədər olan obyektləri skan etmək üçün, müasir rentgen təftiş sistemidir. Əlverişli dizaynı sayəsində, şəkil çəkmə sistemi pərakəndə və ya böyük ölçülü yükün skan olunması ilə mükəmməl şəkildə uzlaşır. Ağır obyektlər, yerdən cəmi 35 sm yüksəklikdə quraşdırılmış konveyerin üzərinə asanlıqla yerləşdirilə bilər.

HI-SCAN 9075 sistemində konveyerin alçaqda quraşdırılması, onun üzərinə əlavə yük qoyulmasını və ya ağır yüklərdən azad olunmasını asanlaşdırır.

HI-SCAN 9075 sistemi, aeroport, gömrük məntəqələri və nəqliyyat şirkətlərində dəfələrlə sınaqdan keçirilmiş səyyar versiyada da mövcuddur. 

Quraşdırılacağı mühitin infrastrukturuna asan uyğunlaşması üçün, müasir HiTraX texnologiyası, onlayn şəkil analizetmə metodu və operator interfeysi erqonomik şəkildə dizayn olunmuşdur.  Bu xüsusiyyətlər, HI-SCAN 9075 sistemini həssas zonalarda təhlükəsizliyə nəzarəti təmin etmək üçün, ultramüasir və səmərəli bir vasitəyə çevirir.

Spesifikasiya
Obyektin maksimum ölçüsü 900 (En) x 760 (H) [mm] 
35.4” (En) x 29.9” (H)
Ölçüləri 3040 (U) x 1290 (En) x 1840 (H) [mm]
119.6” (U) x 50.8” (En) x 72.4” (H)
Çəkisi təxminən 850 kq
təxminən  1874 funt