HI-SCAN 100100T-2is

HI-SCAN 100100T-2is

enlarge

Əsas xüsusiyyətləri:

  • Böyük ölçülü və açıq halda olan yükü təftiş etmək üçün ideal vasitə
  • İkili görüntü yaratma funksiyası, təftişetmə müddətini qısaldır
  • Alçaq konveyerin köməyi ilə, ağır yüklərin asan idarə olunması 
  • Yeni istifadəçi konsepsiyası

Əlavə xüsusiyyətləri:

  • HI-MAT Plus: materialın daha keyfiyyətli fərqləndirilməsi
  • Optimal ölçülü tunellə, yığcam sistem 
  • YENİ! Səciyyəvi nüfuzetmə qabiliyyəti: 1-ci mərhələdə 31mm, 2-ci mərhələdə 35mm polad təbəqə 

HI-SCAN 100100T-2is-  HI-SCAN 100100T  sisteminin təkmilləşdirilmiş versiyasıdır.  Ölçüsü 100sm x100sm-ə kimi olan irihəcmli baqaj və yük üçün nəzərdə tutulmuşdur.

HI-SCAN 100100T-2is sistemi, bir-birinə qarşı 90° bucaq altında yerləşdirilmiş iki generator ilə təchiz olunmuşdur ki, bu da, iki istiqamətdə şüalanmanı təmin edir (Dual View). Bu özünəməxsus görüntüləmə rejimi, kip qablaşdırılmış obyektlərin,  zamana qənaət edərək və səmərəliliyi artıraraq, bir cəhdlə etibarlı təftiş olunmasını təmin edir.

Sistemin yeni istifadəçi konsepsiyası, onun,  biristiqamətli şüalanma sisteminə bənzər şəkildə idarəolunmasını asanlaşdırır. İkiistiqamətli şüalanmaya malik olmasına baxmayaraq, sistem çox yığcamdır.

 HI-SCAN 100100T-2is sistemində konveyerin alçaqda quraşdırılması, onun üzərinə əlavə yük qoyulmasını və ya ağır yüklərdən azad olunmasını asanlaşdırır.

HI-SCAN 100100T -2is sistemi,  aeroport, gömrük,  paket xidməti təklif edən yerlərdə tətbiq olunmaq üçün xüsusi dizayn olunmuşdur.

Spesifikasiya
Obyektin maksimum ölçüsü 1000 (En) x 1000 (H) [mm] 
39.4” (En) x 39.4” (H)
Ölçüsü 3758 (U) x 1595 (En) x 1900 (H) [mm] 
148,0” (U) x 62,8” (En) x 74,8” (H) 
Çəkisi təxminən 1050 kq
təxminən  2315 funt
  •