© 2011 - Smiths Detection Azərbaycan Tel/Faks +99412 514 23 63 | e-mail: info@smiths-heimann.az
HI-SCAN 130130T-2is

Əsas xüsusiyyətləri:
- Konveyer sistemlərinə birləşdirilmək üçün, xüsusi dizayn olunmuşdur
- İri həcmdə olan yüklərin təftişi üçün ideal vasitə
- İkili görüntü yaratma funksiyası, təftiş müddətini qısaldır
- Alçaq konveyerin köməyi ilə, ağır yükləri asan idarə edir
Əlavə xüsusiyyətləri:
- Şəklin operativ işlənməsi üçün, HiTraX texnologiyasından istifadə
- HI-MAT Plus texnologiyası ilə, materialın daha keyfiyyətli fərqləndirilməsi
- Daxili şəbəkə interfeysi
- YENİ! Səciyyəvi nüfuzetmə qabiliyyəti: 1-ci mərhələdə 31mm, 2-ci mərhələdə 35mm polad təbəqə
- Konveyerin maksimum yükgötürmə qabiliyyəti: 250 kq
Əlavə seçənəklər:
- Kənar soyuducu vasitələrlin köməyi ilə geniş tempratur diapazonu üçün, xarici ventilyasiya girişi
HI-SCAN 130130T-2is eni 130sm, hündürlüyü 130sm-ə qədər olan obyektləri yoxlamaq üçün, müasir rentgen təftiş sistemidir. Əlverişli dizaynı sayəsində, obyektin şəklini çəkən sistem iri ölçülü yüklərin, əşyaların yoxlanması üçün çox əlverişlidir.
Sistemin əsas üstünlüyü, onun bir-birinə qarşı 90° bucaq altında yerləşdirilmiş iki generator ilə təchiz olunmasıdır ki, bu da, iki istiqamətdə şüalanmanı təmin edir (Dual View). Bu özünəməxsus görüntüləmə rejimi, kip qablaşdırılmış obyektlərin, zamana qənaət edərək və səmərəliliyi artıraraq, bir cəhdlə etibarlı təftiş olunmasını təmin edir.
HI-SCAN 130130T-2is sistemində konveyerin alçaqda quraşdırılması, onun üzərinə əlavə yük qoyulmasını və ya ağır yüklərdən azad olunmasını asanlaşdırır.
HI-SCAN 130130T-2is - ağır yükləri idarə etmək üçün, bir təhlükəsizlik məhfumudur.
Spesifikasiya | |
---|---|
Obyektin maksimum ölçüsü |
1300 (En) x 1300 (H) [mm] 51.2” (En) x 51.2” (H) |
Ölçüləri |
3720 (U) x 2100 (En) x 2265 (H) [mm] 146.5” (U) x 82.7” (En) x 89.2” (H) |
Çəkisi |
təxminən 2200 kq təxminən 4850 funt |